Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

05 İyun

2015
23:46
Kərbəlada vəziyyət nə yerdədir? - RƏSMİ AÇIQLAMA

Dünən facebook sosial şəbəkəsində Fərhad Mirzə adlı şəxs Kərbəla şəhərinin 20 km-də qanlı döyüşlər getdiyini və şəhərin əli silah tutan şəxslərinin döyüşə aparıldığı barədə status paylaşmışdı. Fərhad Mirzə bildirirdi ki, Kərbəlada əlaqə saxladığı dostunun 2 yaxını da şəhid olub. ictimaiyyətdə kifayət qədər nüfuzu olan bir şəxsin sözügedən statusunu xəbər kimi hazırlayıb, FaktXəbər oxucularına çatdırdıq. Təbii ki, bundan sonra sözügedən məkanın müqəddəsliyi və Azərbaycandan da ora hər ay kifayət qədər zəvvarın getdiyi üçün ölkədə bir qədər narahatçılıq yaranıb.

Bu gün yenidən Fərhad Mirzə ilə əlaqə saxlayıb, bu barədə hər hansı bir məlumatının olub-olmamasını soruşduq. O da dünən yazdığı statusu yenidən təkrarladı və danışdığı şəxslə telefon əlaqəsi yarada bilmədiyini söylədi.

İctimai narahatçılığı nəzərə alaraq bu gün İraqın Azərbaycandakı səfirliyi ilə əlsqə saxladıq. Adını açıqlamadan FaktXəbər-in məsələ ilə bağlı sualını cavablandıran səfirlik nümayəndəsi bildirdi ki, narahatçılığa heç bir əsas yoxdur və Kərbəla şəhəri tam şəkildə İraq ordsununu və könüllülərin nəzarətindədir: "Biz də dünən bu barədə xəbər tutduq və məsələni dəqiqləşdirmək üçün rəsmi orqanlarla əlaqə yaratdıq. Bildirildi ki, bu barədə məlumatlar həqiqəti əks etdirmir. Düzdür, İŞİD-lə qanlı döyüşlər gedir, amma bunun Kərbəla şəhərinə yaxından, uzaqdan heç bir aidiyyatı yoxdur. Azərbaycanlı zəvvarla hər zaman olduğu kimi təhlükəsiz şəkildə ziyarətlərini yerinə yetirə bilərlər."

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

AMEA-da iş saatı dəyişdirildi

25

İyun
11:09
ÖLKƏ
14632

Növbəti buraxılış imtahanları başlayıb

25

İyun
10:59
ELM / TƏHSİL
13272

AMB-nin valyuta məzənnələri

23

İyun
10:11
İQTİSADİYYAT
14675

Nefti qiyməti bahalaşmağa başlayıb

23

İyun
09:30
İQTİSADİYYAT
14279

Xaricilər Həcc ziyarətinə gedə bilməyəcək

23

İyun
09:09
MƏNƏVİYYAT
19655

QMİ yaslarla bağlı xəbərdarlıq etdi

19

İyun
18:10
ÖLKƏ
14144

İyunun 22-də dolların manata qarşı məzənnəsi

19

İyun
17:55
İQTİSADİYYAT
14262
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


07-08-2020 04:33





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru