Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

03 İyun

2015
10:36
872
DYP-dən sürücülər üçün aksiya: Bir ay şəxsi avtomobilsiz - VİDEO

Ölkəmizin ev sahibliyi edəcəyi möhtəşəm tədbirə hazırlıqlar demək olar ki, başa çatır. Xüsusilə nəqliyyat infrastrukturunda görülən işlər son mərhələdədir. Oyunlar ərəfəsində həm fərdi, həm də ictimai nəqliyyatın hərəkətində müəyyən məhdudiyyətlər olacaq. 

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi oyunlara az müddət qaldığından şəxsi avtomobil sürücülərinə bir daha xəbərdarlıq edib. 

“Bir ay şəxsi avtomobilsiz” şüarı altında hər bir hərəkət iştirakçısına hərəkət tövsiyə olunur. Çalışaq ki, ictimai nəqliyyat vasitələrindən istifadə etməklə Bakı şəhərində yarana biləcək süni sıxlığın qarşısını alaq. İdman oyunlarına qatılacaq tamaşaçı və idmançıların rahat, sərbəst və fasiləsiz hərəkəti üçün imkan yaradaq”, – deyə BŞDYPİ-nin ictimai əlaqələr şöbəsinin müdiri Vaqif Əsədov bildirib.

İctimai nəqliyyat bu ərəfədə səhər saat 5-dən gecə 1-ə kimi pullu xidmət göstərəcək. Amma müəyyən ərazilərə qədər. Çünki artıq bəzi avtobusların hərəkət sxemi dəyişdirilib, yalnız xüsusi icazə olduğu təqdirdə onlar oyunların keçirildiyi ərazidən, zolaqlardan keçə biləcəklər. Ümumilikdə ictimai nəqliyyatın hərəkət istiqaməti “parkinq yoxdur” adlanan ərazilərə kimi olacaq.

“O ərazidə yaşayanlar elə bilməsinlər ki, onlar xüsusi olaraq ekspress avtobusların xidmətindən pulsuz yararlana biləcəklər. Bu xidmətdən yalnız oyunlara bileti olan tamaşaçılar pulsuz yararlana biləcəklər. Həmin yerlərə yaxın ərazidə dayanacaqlar qurulacaq və vətəndaşlar yaşadıqları əraziyə nəqliyyat vasitəsi ilə gedə biləcəklər. Bir kimsə, yolda qalmayacq, hər bir şey nəzərə alınıb”, – deyə Nəqliyyat Nazirliyinin mətbuat xidmətinin rəhbəri Namiq Həsənov bəyan edib.

Qeyd edək ki, sürücülərə və vətəndaşlara edilən bu xəbərdarlıqlar iyulun 1-ə kimi qüvvədədir.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Bakıda taxta bazarı yanır - FOTO - VİDEO

22

Avqust
16:30
HÜQUQ,HADİSƏ
274

Baş prokuror Qubada vətəndaş qəbulu keçirəcək

22

Avqust
16:01
HÜQUQ,HADİSƏ
166

Bərdədə top mərmisi tapılıb - FOTO

22

Avqust
15:18
HƏRB
248

Tofiq Yaqubluya Prokurorluqda xəbərdarlıq edilib

22

Avqust
14:20
HÜQUQ,HADİSƏ
183

Bakıda itkin düşən qız tapılıb

22

Avqust
14:12
HÜQUQ,HADİSƏ
195

Ötən gün yol qəzalarında 3 nəfər ölüb

22

Avqust
12:40
HÜQUQ,HADİSƏ
178

Azərbaycan nefti bahalaşıb

22

Avqust
12:08
İQTİSADİYYAT
198
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


23-08-2019 02:38



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru