Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

29 May

2015
11:50
Sürücülər diqqət olun! Yeni cərimə qaydaları bu gündən tətbiq olunur - VİDEO

Bu gündən etibarən I Avropa Oyunları ilə əlaqədar nəqliyyatın hərəkəti üçün nəzərdə tutulan xüsusi zolaqların tələblərinin pozulmasına rəsmən qadağa qoyulub.

Artıq gecədən I Avropa Oyunları ilə əlaqədar nəqliyyatın hərəkəti üçün nəzərdə tutulan xüsusi zolaqların tələblərini pozan sürücülər 40 manat məbləğində cərimə olunacaqlar.

Daxili İşlər Nazirliyi (DİN) Respublika Baş Dövlət Yol Polisi İdarəsindən (BDYPİ) APA-ya verilən məlumata görə, paytaxtda müəyyən edilən yollarda sarı rəngdə I Avropa Oyunlarının loqosunun əks olunduğu “Oyunlar zolağı” çəkilib, eyni zamanda həmin zolaqlar üzrə hərəkəti qadağan edən müvafiq 3.2 yol nişanları quraşdırılıb. Qaydanı pozanlar İnzibati Xətalar Məcəlləsinin (İXM) 151.1-ci maddəsinə müvafiq olaraq yol 40 manat miqdarında cərimə olunacaqlar.

Bildirilib ki, əgər "Oyunlar zolağı" digər zolaqlarla kəsişirsə, bu zaman, eləcə də xüsusi zolaqların olduğu yolayrıcılarında hərəkət üstünlüyü xüsusi yola veriləcək. Buna əməl etməyən sürücüləri isə cərimə gözləyir. Yəni kəsişən yolla hərəkət edən sürücü yalnız xüsusi yolda hərəkət edən avtomobili buraxdıqdan sonra hərəkətini davam etdirə bilər. Bunu etməyərək qəza şəraiti yaradan sürücülər İXM-nin 151.2-ci maddəsinə əsasən, 80 manat, üstəgəl 4 cərimə balı ilə cərimələnəcəklər.

Bundan əlavə, I Avropa Oyunları ilə əlaqədar əvvəlcədən müəyyən edilmiş küçə və prospektlərə əlavə yol patrul inspektorları təhkim olunacaq, həmin yollara nəzarət olunmaqla təhlükəsizlik tədbirləri gücləndiriləcək. Nişanların quraşdırıldığı ərazilərə xüsusi müşahidə kameraları ilə də nəzarət ediləcək və qayda pozuntusu törədən sürücülər elektron qaydada cərimələnəcəklər. Bu barədə onların ünvanlarına protokol göndəriləcək.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

AMEA-da iş saatı dəyişdirildi

25

İyun
11:09
ÖLKƏ
15607

Növbəti buraxılış imtahanları başlayıb

25

İyun
10:59
ELM / TƏHSİL
14282

AMB-nin valyuta məzənnələri

23

İyun
10:11
İQTİSADİYYAT
15701

Nefti qiyməti bahalaşmağa başlayıb

23

İyun
09:30
İQTİSADİYYAT
15294

Xaricilər Həcc ziyarətinə gedə bilməyəcək

23

İyun
09:09
MƏNƏVİYYAT
20667

QMİ yaslarla bağlı xəbərdarlıq etdi

19

İyun
18:10
ÖLKƏ
15184

İyunun 22-də dolların manata qarşı məzənnəsi

19

İyun
17:55
İQTİSADİYYAT
15339
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


08-08-2020 16:30





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru