Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

29 May

2015
11:25
Ərəbistanın daha bir hərbi hissəsi yəmənlilərin nəzarəti altına keçdi

Yəmən/ FaktXəbər-in Əl-Məsirə televiziya kanalına istinadən verdiyi məlumata görə, Yəmən ordusu və xalq qüvvələri Ərəbistanın sərhəd qüvvələrinin geri çəkilməsi və öz mövqelərini tərk etmələrindən sonra Ərəbistanın cənub-qərbində Yəmənin Sədə vilayəti ilə sərhəd məntəqədə olan Cazan məntəqəsindəki Tuyluq hərbi hissəsini ələ keçiriblər. 

Qeyd edək ki, Rədif və Məcabın ardınca bu yəmənlilərin nəzarəti altına keçən üçüncü hərbi hissədir.

Yeri gəlmişkən, Həds informasiya kanalı bildirir ki, Ərəbistan qırıcıları dünən də Yəmənin Məaşiq məntəqəsi və Ədən hava limanını, həmçinin Kriter, Məla və Təvahi məntəqələrini bombalayıblar. Bundan başqa, Həccə vilayətində Bəkil əl-Mir kəndinə olan hücumları zamanı 40 nəfər həlak olub, onlarla insan yaralanıb. Yəmənin Sədə vilayəti də dünən 20 dəfədən çox Ərəbistan qırıcılarının hücumlarına məruz qalıb.

Yəmənin Səhiyyə Nazirliyinin sözçüsü Təmim əl-Şaminin bəyanına görə, ötən sutka ərzində Ərəbistanın Yəmənin müxtəlif məntəqələrinə olan hücumları zamanı azı 96 dinc sakin həyatını itirib, 300 nəfər isə yaralanıb.

Səud rejimi 26 mart 2015-ci il tarixindən Yəmənə qarşı havadan, dənizdən və qurudan təcavüzlərə başlayıb. İndiyə kimi körpələr və qadınlar da daxil olmaqla minlərlə dinc sakin bu hücumlar nəticəsində qətliam edilib.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Ramazan ayının 1-ci gününün duası - AUDİO

13

Aprel
20:00
MƏNƏVİYYAT
241

Ramazan ayının 4 adı

13

Aprel
18:00
MƏNƏVİYYAT
254

Robert Koçaryan koronavirusa yoluxub

13

Aprel
15:54
DÜNYA
257

Bitkoin qiyməti rekordlar qırır

13

Aprel
15:27
BÖLMƏNİ DÜZ SEÇ!
332

RAMAZAN yağışında islana biləcəyikmi?

13

Aprel
15:10
MƏNƏVİYYAT
262

Sabah hava küləkli olacaq

13

Aprel
14:18
ÖLKƏ
299

Zərif Lavrova təşəkkür etdi

13

Aprel
12:16
DÜNYA
501

Azərbaycan nefti bahalaşıb

13

Aprel
10:29
İQTİSADİYYAT
417
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


14-04-2021 05:46





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru