Xəbər Lenti

Sorğu

İnfografika

Arxiv

Yazar

28 May

2015
15:20
3517
QAT rəhbərliyi Azərbaycan Xalq Cumhuriyyəti abidəsini ziyarət etdi

Qarabağ Azadlıq Təşkilatının rəhbərliyi 28 May Respublika Günü münasibəti ilə Bakının mərkəzində ucaldılmış Azərbaycan Xalq Cümhurriyəti abidəsini ziyarət edib. Bu barədə FaktXəbər-ə QAT mətbuat xidmətindən məlumat verilib. Ziyarət iştirakçıları abidənin önünə güllər qoyublar, dövlət himnini oxuyublar.

QAT sədri akif Nağı, QAT Ali Məclisinin üzvü, səhra komandiri Qələndar İsmayılov, Qarabağ döyüşçüsü Solmaz Alıyeva, təqdiqqatçı alim Nazim Tapdıqoğlu və digərləri abidə önündə çıxış edərək Azərbaycan Xalq Cümhuriyyətinin tariximizdəki yerindən, əhəmiyyətindən, M.Ə.Rəsulzadənin, Ə.M.Topçubaşovun, F.X.Xoylunun, N.B.Yusifbəylinin, X.B.Sultanovun və digərlərinin xidmətlərindən danışıblar.

QAT sədri Akif Nağı xüsusi olaraq vurğulayıb ki, “Azərbaycan Xalq Cümhuriyyəti o dövrün ağır şəraiti, imkanların azlığına, hərbi qüvvənin zəifliyinə baxmayaraq ərazi bütövlüyünü qorudu, düşmənlərə bir qarış torpağı da güzəştə getmədi. Yenicə yaradılmış hərbi hissələrimiz Qarabağda erməni təcavüzünün qarşısını aldı, düşməni darmadağın edərək sərhədlərimizdən qovdu. Bu, bir örnək olmalıdır, çox tezliklə nəyin bahasına olursa olsun, torpaqlarımızı işğaldan azad etməliyik.”

Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


19-01-2018 09:13

ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru