Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

27 May

2015
21:20
Düşmən həmləsini dəf edərkən həlak olan əsgərin medalı ailəsinə təqdim edilib - FOTO

FaktXəbər-in verdiyi məlumata görə, Vətən qarşısında xidməti vəzifəsini yerinə yetirərkən şəhid olmuş əsgər Zəlimxan Eybalı oğlu Cavadovun Azərbaycan Respublikasının Prezidentinin adından Müdafiə naziri general-polkovnik Zakir Həsənovun əmri ilə ölümündən sonra təltif edildiyi “Hərbi xidmətdə fərqlənməyə görə” 3-cü dərəcəli medal şəhidin valideynlərinə təqdim olunub.

Qobustan rayon İcra Hakimiyyətinin başçısı Adil Məmmədov çıxış edərək bildirib ki, Azərbaycanın müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi həmişə əziz tutulur, onların adları əbədiləşdirilir, şəhid ailələri isə daima ölkə rəhbərliyinin diqqət və qayğısı ilə əhatə olunub. Qobustanlı gənclər Silahlı Qüvvələrdə xidmətdən fəxr duyur və hərbi peşəni - Vətənə xidmət peşəsini həvəslə seçirlər. 80 nəfərdən artıq qobustanlı Azərbaycanın ərazi bütövlüyü və torpaqlarımızın azadlığı uğrunda döyüşlərdə şəhidlik zirvəsinə ucalmışdır.  Respublika günü ərəfəsində şəhidlərimizin layiq görüldüyü medalın ailəsinə təqdim olunması unudulmaz hadisədir.

Müdafiə Nazirliyinin zabiti polkovnik Abdulla Qurbani Müdafiə naziri general-polkovnik Zakir Həsənovun salamlarını tədbir iştirakçılarına çatdıraraq qeyd edib ki, Vətən uğrunda şəhid olanların hər birinin xidməti yüksək qiymətləndirilir və onların ailələri Müdafiə Nazirliyinin diqqətindədir.

Medal təqdim edildikdən sonra şəhidin atası Eybalı Cavadov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qobustan rayon bölməsinin rəisi polkovnik-leytenant Mərdan Nəhmətov və başqaları çıxış edərək göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildiriblər.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

"ASAN xidmət" işləməyəcək

04

İyun
16:21
ÖLKƏ
232

Buraxılış imtahanlarının vaxtı dəyişdirildi

04

İyun
15:46
ELM / TƏHSİL
280

Lukaşenko yeni hökuməti təsdiqlədi

04

İyun
14:38
DÜNYA
212

Polis suda boğulan azyaşlını xilas etdi

04

İyun
13:41
HÜQUQ,HADİSƏ
256

Sabah Bakıda 29 dərəcə isti olacaq

04

İyun
13:34
ÖLKƏ
206

Sabahdan iş saatının vaxtı dəyişir

04

İyun
13:09
ÖLKƏ
527
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


05-06-2020 01:44





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru