Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

27 May

2015
15:05
Hüquq müdafiəçiləri polis şöbələrində monitorinq keçiriblər

İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin sədri, hüquq müdafiəçisi Elçin Behbudov müavinləri Elçin Şirinov və Aydın Bəyişovla birlikdə Kürdəmir, Ucar, Yevlax, Daşkəsən, Tərtər, Bərdə rayon polis şöbələrində, Mingəçevir Şəhər Polis Şöbəsində və Gəncə Şəhər Baş Polis İdarəsində  monitorinq keçiriblər.

Bu barədə APA-ya məlumat verən E. Behbudov bildirib ki, saxlanılan şəxslərlə görüşüb, şikayətlərinin olub-olmamaları ilə maraqlanıblar: “Saxlanma şəraitindən şikayət olmasa da, bir neçə nəfər istintaq orqanlarından və məhkəmələrdən şikayət etdilər. Saxlanılan şəxslər əsasən narkotik dövriyyəsində, oğurluqda və dələduzluqda təqsirləndirilən şəxslərdir”.

Hüquq müdafiəçisi Bərdə və Tərtər rayonlarında “Polis və vətəndaş münasibətləri” mövzusunda seminar keçirdiklərini də bildirib: “Seminarlarda polis əməkdaşları və sakinlər iştirak edirdilər. Qarşılıqlı fikir mübadiləsi aparıldı, suallar cavablandırıldı ”.

E. Behbudov Mingəçevir Şəhər Polis Şöbəsi üçün yeni inzibati binanın tikildiyini və yaxın günlərdə daxili işlər naziri Ramil Usubovun iştirakı ilə binanın istifadəyə veriləcəyini də deyib.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

TƏBİB yeni təyinatlarla bağlı açıqlama yaydı

16

Mart
11:05
AİLƏ, SAĞLAMLIQ
3909

"Neftçi" fəaliyyətini dayandırdı

14

Mart
13:51
İDMAN
2811

Bakıda hava dəyişkən buludlu olacaq

14

Mart
13:10
ÖLKƏ
2257

Şənbə gününün havası açıqlandı

13

Mart
12:58
ÖLKƏ
1897
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


01-04-2020 21:39



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru