Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

26 May

2015
16:44
385
QAT Qarabağ konfransı keçirdi

FaktXəbər-in verdiyi məlumata görə, Qarabağ Azadlıq Təşkilatının təşəbbüsü ilə ənənəvi, XIV “Qarabağ dünən, bu gün və sabah” elmi-praktiki konfransı keçirilib. QAT sədri Akif Nağı konfransı giriş sözü ilə açaraq bildirib: “Konfrans 14-cü dəfədir ki, hər il “Respublika Günü” münasibəti ilə keçirilir. Konfransın əsas məqsədi Qarabağın tarixi, mədəniyyəti, Qarabağ münaqişəsi, münaqişənin həlli yolları, erməni işğalı, terrorçuluğu, saxtakarlığının ifşasına dair elmi araşdırmaların aparılması, həqiqətlərin Azərbaycan cəmiyyəti və dünya birliyinə çatdırılmasından ibarətdir. Biz erməni işğalının nəticələrinin aradan qaldırılması, torpaqlarımızın işğaldan azad olunması üçün bütün sahələrdə, o cümlədən, elm, informasiya, təbliğat cəbhələrində yorulmadan mücadilə aparmalıyıq.”

QAT Ağsaqqallar Şurasının üzvləri Nadir Ağayev, Şahmar İbrahimov çıxış edərək konfransın işinə uğurlar arzulayıblar. Daha sonra fəlsəfə elmləri doktoru, professor Əli Abasovun moderatorluğu ilə öz işinə başlayan Konfransda tarix elmləri doktoru Qasım Hacıyevin “Tarix – tarixdir, tarixi saxtakarlıq isə bütün dəyərlərə hörmətsizlik (Erməni saxtakarlıqları)”, tarix elmələri doktoru Kərim Şükürovun “Azərbaycanda erməni qırğınları və deportasiyaları” haqqında baxışların tənqidi təhlili”, tarix elmləri doktoru İsmayıl Musanın “İkinci Moskva konfransında (26.II. – 16. III.1921) Azərbaycanın ərazi bütövlüyü məsələsi ətrafında diplomatik çəkişmələr”, siyasi elmlər doktoru Elman Nəsirovun “Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi və informasiya təhlükəsizliyi  problemi”, politoloq Mübariz Əhmədoğlunun ““Erməni soyqırımı”-nın müasir mərhələdə əsas təyinatı və erməni işğalları”,tarix elmələri doktoru Cəmil Həsənlinin “1915-ci il: “ermənilərin soyqırımı” mifi, yoxsa sənədlərdə gizlədilmiş türk həqiqətləri”, tarix üzrə fəlsəfə doktoru Firdovsiyyə Əhmədovanın ““Erməni məsələsi”ndən Rusiya necə faydalandı”, iqtisad elmləri üzrə fəlsəfə doktoru Şamil Mehdinin “Tarixi şansdan istifadə edə biləcəyikmi?”, tarix üzrə fəlsəfə doktoru Akif Nağının “Qarabağ münaqişəsi regional və beynəlxalq təşkilatların sənədlərində”, tarix üzrə fəlsəfə doktoru İlqar Niftəliyevin “Армянские добровольческие  дружины в годы  Первой мировой войны (1914-1916 гг.)”,  fəlsəfə elmləri doktoru Əli Abasovun “Война России в Украине и риски ее разрастания на Южный Кавказ”,tarix üzrə fəlsəfə doktoru Havva Məmmədovanın “Andranikin  Zəngəzurda  və Yuxarı Qarabağda törətdiyi qanlı qırğınlar haqqında” , siyasi elmlər üzrə fəlsəfə doktoru Elçin Əhmədovun “Ermənistanın Azərbaycana təcavüzü: beynəlxalq təşkilatlar və böyük dövlətlərin mövqeyi” və digərlərinin məruzləri dinlənilib, müzakirələr aparılıb.  

Konfransın gedişində təqdim olunan məqalələrin daxil edildiyi “Qarabağ dünən, bu gün və sabah” kitabının 14-cü buraxılışı,  həmçinin Qarabağ Azadlıq Təşkilatının nəşr etdirdiyi “Qarabağ gündəliyi” toplusunun 12-ci cildi təqdim olunub, tədbir iştirakçılarına paylanıb. 

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Ölkədə yumurta istehsalı artırılacaq

22

May
22:39
İQTİSADİYYAT
608

Onlar ali məktəbə imtahansız qəbul olunacaq

22

May
15:30
ELM / TƏHSİL
1162
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


22-05-2019 22:53



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru