Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

26 May

2015
15:55
`Avropa Oyunları` zolağına çıxan sürücülər nə qədər cərmələnəcək ?

Mayın 29-dan etibarən Avropa Oyunları ilə əlaqədar nəqliyyatın hərəkəti üçün nəzərdə tutulan xüsusi zolaqların tələblərini pozan sürücülər 40 manat məbləğində cərimə olunacaqlar. Bunu Trend-ə Daxili İşlər Nazirliyi (DİN) Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin İctimai qurumlarla əlaqə bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədov deyib.

Onun sözlərinə görə, paytaxtda müəyyən edilən yollarda sarı rəngdə və Avropa Oyunlarının loqosunun əks olunduğu “Avropa Oyunları” zolaqları artıq çəkilib, eyni zamanda, həmin zolaqlar üzrə hərəkəti qadağan edən müvafiq 3.2 yol nişanları quraşdırılır. İşlər tam bitəndən sonra digər avtomobillərin həmin zolağa çıxmasına icazə verilməyəcək: “Mayın 29-dan etibarən Avropa Oyunları ilə əlaqədar müəyyən edilən nəqliyyat vasitələrindən savayı, digər avtomobillərin həmin zolağa çıxmasına qadağa qoyulacaq. Bununla bağlı qaydanı pozanlar İnzibati Xətalar Məcəlləsinin (İXM) 151.1-ci maddəsinə müvafiq olaraq yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsinə görə 40 manat miqdarında cərimə olunacaqlar”.

V.Əsədov qeyd edib ki, I Avropa Oyunları ilə əlaqədar əvvəlcədən müəyyən edilmiş küçə və prospektlərə əlavə yol patrul inspektorları təhkim olunacaq, həmin yollara nəzarət olunmaqla təhlükəsizlik tədbirləri gücləndiriləcək.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

AMEA-da iş saatı dəyişdirildi

25

İyun
11:09
ÖLKƏ
18880

Növbəti buraxılış imtahanları başlayıb

25

İyun
10:59
ELM / TƏHSİL
17517

AMB-nin valyuta məzənnələri

23

İyun
10:11
İQTİSADİYYAT
18857

Nefti qiyməti bahalaşmağa başlayıb

23

İyun
09:30
İQTİSADİYYAT
18402

Xaricilər Həcc ziyarətinə gedə bilməyəcək

23

İyun
09:09
MƏNƏVİYYAT
23971

QMİ yaslarla bağlı xəbərdarlıq etdi

19

İyun
18:10
ÖLKƏ
18421

İyunun 22-də dolların manata qarşı məzənnəsi

19

İyun
17:55
İQTİSADİYYAT
18555
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


12-08-2020 21:55





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru