Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

26 May

2015
11:56
774
Həbsdəki oliqarxın döyülməsi haqda açıqlama - RƏSMİ

Daxili İşlər Naziliyi (DİN) həbs edilən iş adamı Nizami Piriryevin təcridxanada işgəncəyə məruz qalması ilə bağlı iddialara münasibət bildirib. 

DİN-in Mətbuat Xidmətinin rəis müavini Ehsan Zahidov AzVision.az-ın sorğusuna cavab olaraq bildirib ki, Nizami Piriyevin döyülməsi ilə bağlı məlumatların heç bir əsası yoxdur. “Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda ziyan vurmaqla dələduzluq) maddəsi ilə qaldırılmış cinayət işi üzrə təqsirli bilinərək məhkəmənin qərarı ilə barəsində həbs - qətimkan tədbiri seçilən Nizami Piriyevin Müvəqqəti Saxlama Yerində guya döyülməsi və işgəncəyə məruz qalması barədə yayılan məlumatların heç bir əsası yoxdur. 

Məqsədli şəkildə uydurularaq mətbuata göndərilən bu məlumatı qətiyyətlə təkzib edərək bildirmək istəyirəm ki, DİN-in tabeliyində olan bütün MSY-də, o cümlədən BMCMİ-in nəzdində olan MSY-də saxlanılan şəxslər üçün müasir dünya standartlarına tam cavab verən şərait mövcuddur. Rəhbərliyin birbaşa nəzarətində olan saxlama yerlərində hər hansı qanunsuz hərəkətin törədilməsi mümkünsüzdür. Orada saxlanılan hər bir təqsirləndirilən şəxs, o cümlədən Nizami Piriyev qanuna uyğun olaraq vəkillə təmin olunur. Bundan başqa, istər yerli, istərsə də beynəlxalq hüquq-müdafiə təşkilatlarının nümayəndələri mütəmadi olaraq Müvəqqəti Saxlama Yerlərində monitorinqlər keçirirlər və hər dəfə də onlar öz hesabatlarında müsbət rəylərini qeyd ediblər”-deyə DİN-in rəsmi açıqlamasında qeyd olunub.

Qeyd edək ki, barəsində Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda ziyan vurmaqla dələduzluq törətmə) maddəsi ilə cinayət işi açılan N.Piriyev 3 ay 24 gün müddətinə həbs edilib. 

Onun vəkili Muxtar Mustafayev mətbuatda verdiyi açıqlamada müvəkkilinin təcridxanada döyüldüyünü, işgəncəyə məruz qaldığını bildirib.

İş adamı Beynəlxalq Bankdan götürdüyü küllü miqdarda kredit borcunu geri qaytarmağını üçün həbs edilib.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Əli Kərimli həbs olundu - VİDEO

19

Oktyabr
18:54
ÖLKƏ
1158

Sabah 26 dərəcəyə qədər isti olacaq

19

Oktyabr
13:17
ÖLKƏ
72

Azərbaycan neftinin qiyməti bahalaşıb

19

Oktyabr
12:03
İQTİSADİYYAT
94

ƏRBƏİN - Aşuranın 40-cı günü

18

Oktyabr
16:27
MƏNƏVİYYAT
322

Eyyyy... Növbədə nə var? - ANALİZ

18

Oktyabr
15:39
ANALİZ
358
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


21-10-2019 07:22



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru