Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

25 May

2015
17:44
1602
Yanan materiallarla bağlı Prezidenti kim aldadıb?
“Həbs olunanlar sadəcə günah keçiləridirlər”

Bakıda ağlı başında olan hər bir insan yaxşı bilir ki, Bakı şəhərində penoplastlar ilk dəfə paytaxtın hansı rayonunda evlərin fasadlarına vurulmağa başlayıb.

Azərbaycanda hamı bilir ki, sonradan binaların yanan və yanmayan materiallarla üzlənməsi Bakı şəhərinin bütün rayonlarında geniş vüsət aldı. 

Azərbaycanda hamı bilir ki, penoplast üzlüklər digər şəhərlərimizdə də binaların fasadlarına vurulub. 

Azərbaycanda 1000-ə yaxın bina penoplastla üzlənib. 

Sumqayıtda 2 bina yandı, heç bir tədbir görülmədi. 

Bakıda 1 bina yandı, heç bir tədbir görülmədi. 

Bakıda 16 mərtəbəli bina yandı 15 nəfər öldü, 50 nəfər yaralandı. 

Prezident İlham Əliyev yüksək vəzifəli məmurlardan ibarət komissiya yaratdı və dedi ki, onu da aldadıblar, bu penoplast üzlüklərin yanmaması ilə bağlı. “Odadavamlıdır”, - deyiblər. Prezident dəfələrlə soruşub, yenə aldadıblar ki, odadavamlıdır. Şübhə yoxdur ki, prezident bu sualı indi həbs olunan Binəqədi rayon İcra Hakimiyyətinin təsərrüfat şöbəsinin rəisinə, mənzil kommunal təsərrüfat birliyinin rəisinə və 2 il bundan öncə işdən çıxarılan və indi həbs olunan İcra Hakimiyyətinin müavininə verməyib. 

Həbs olunanlar sadəcə günah keçiləridirlər. 

Prezident bu sualı ən azı Bakı şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbova və Bakı şəhərindəki rayonların icra başçılarına verib. Yəni prezidenti aldadanlar hakimiyyətin yuxarı eşalonunda olan şəxslərdir. Daha konkret desək, prezidenti aldadanlar Hacıbala Abutalıbov və Baskı şəhər rayonlarının icra başçılarıdırlar. Belə olan halda, niyə ilk növbədə prezidenti aldadanlar yox, xırda-para peşəkarlar həbs olunurlar? 

Azərbaycanda hamı bilir ki, Bakı şəhərindəki bütün layihələr, evlərin tikintisi, Bakı şəhər İcra Hakimiyyətinin və birbaşa Hacıbala Abutalıbovun icazəsi ilə həyata keçirilir. 

Əgər Komissiyanın məqsədi Bakı şəhərində gələcək yanğınların və insan tələfatlarının qarşısını almaqdırsa, nəyə görə ilk növbədə Bakı şəhərində evlərin fasadlarını və damlarını təmir adı ilə yanan üzlüklərlə üzləyən Hacıbala Abutalıbov istintaqa cəlb olunmur. Hacıbala Abutalıbov deyə bilər ki, o bu işlərlə məşğul olmayıb. Bir anlığa deyək ki, Hacıbala Abutalıbov düz deyir. Onda zəhmət çəkib istintaqa ifadə versin ki, bu işləri kimlər görüb, insanları yandıran kimdir? Hacıbala Abutalıbov desə ki, bu işləri məndən aşağıda olan rayon icra hakimiyyətləri ediblər, onda qoy desin ki, bunlar kimlərdir? Bunlara kimlər “krışa”lık ediblər? Onlar bu işlər üçün pulu kimdən alıblar? Mən onlara niyə icazə verdim? 

Bütün məsələ isə bundadır ki, bu işləri hansı təşkilatın görməsindən asılı olmayaraq üzlüklər layihəsi Bakı Şəhər İcra Hakimiyyətinindir. Heç kəs Bakı şəhər İcra Hakimiyyətinin və şəxsən Hacıbala Abutalıbovun rəsmi icazəsi olmadan belə nəhəng miqyaslı layihəni həyata keçirə bilməz. 

Bu gün prezidentin əmrinə əsasən bütün binaların penoplast üzlükləri sökülür. Hörmətli prezidentimiz İlham Əliyevdən xahiş edirəm, Bakını tikinti-söküntü poliqonuna çevirənləri, yanğın törədənləri penoplast kimi hakimiyyətdən söküb atsın. 

Bu dediyimi Bakı şəhərinin çox yerinə vurulan lövhələr də isbat edir. Həmin lövhələrdə yazılmışdı ki, "Binaların fasadlarında və dam örtüklərindəki təmir-bərpa işləri Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən aparılır. Müvəqqəti narahatçılığa görə üzr istəyirik." Dediklərimi isbat etmək üçün həmən lövhələrdən birinin şəklini yazıma əlavə edirəm. Yəni kor-kor, gör-gör! 

Yazımın sonunda paytaxtımızı tikinti söküntü poliqonuna çevirən, milyard manata yaxın büdcə vəsaitini havaya sovurub, paytaxtımızda 800-dən çox binada penoplast üzləmə aparan və insanları diri-diri yandıranların hamısını günahlarını boyunlarına alıb istefa verməyə çağırıram.  

Qalanı istintaqın və məhkəmənin işidir.  

Prof.Dr. Qüdrət İsaqov 

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Bakı metrosunda sərnişinin halı pisləşib

18

Avqust
11:23
HÜQUQ,HADİSƏ
257

Şəmkirdəki yanğının DƏHŞƏTLİ TƏFƏRRÜATI

18

Avqust
11:12
HÜQUQ,HADİSƏ
1877

Azərbaycan neftinin qiyməti 62 dollara yaxınlaşıb

17

Avqust
13:00
İQTİSADİYYAT
403

Sabah Bakıda 34 dərəcə isti olacaq

17

Avqust
11:09
ÖLKƏ
1342

Dünya bazarlarında neft bahalaşıb

17

Avqust
10:12
İQTİSADİYYAT
472
Şərhlər
Мила Панахова. Саратов вилайети tərəfindən 25-05-2015 20:00:45 tarixində yazıldı
Меним арзум
Сизи кими бир нечелери олсайды белке бу,,агачы ичинден йейен гурдлар"дан миллетин чаны гуртарарды.Иллердир савадлы мутехессислеримиз хансы ки шекиллери шереф ловхелерини безейир Рус миллетине теменнасыз хидмет едирлер.Онлар Aзери халгына чох лазымлы, бачарыглы кадрлардыр.Беле кадрлара миллетимизин чох ехтиячы вар.Мен арзу едердим ки,хорметли президентимиз онлары оз чевресине топлаяйды,белке онда бизим гара гунлу миллетимиз аг гуне чыхарды.
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


19-08-2019 08:45



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru