Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

25 May

2015
17:32
972
Xəbər portallarında “zorlanma” və “təcavüz” xəbərlərini qabartmağın nəticəsi

Bəzi xəbər portalları sırf reytinq xatirinə “zorlanma” və “təcavüz”lə bağlı xəbərləri qabardırlar. İnsanlarımız da istər-istəməz belə məlumatlarla maraqlanır. Çünki cinsi məsələ ümumiyyətlə həssas mövzudur. Xüsusən bizim  Şərq mədəniyətində. Qeyrət, namus, iffət, abır-həya və s. kimi qiymətli dəyərlərimizidən gəlir bu həssaslıq.

Şübhəsiz ki, “təcavüz” və “zorlanma” ilə bağlı xəbərlər insanlarımıza mənfi təsir göstərir.  Atanın öz qızını zorlaması, qardaşın öz bacısını zorlaması, qonşu kişinin evli qadını zorlaması, müəllimin şagirdini zorlaması və s. iyrənc hadisələr mediada qətiyyən qabardılmamalıdır. Çünki insanlar üçün belə hadisələr adiləşir. Təhtəlşüurda qalır. İstər-istəməz mənəvi dəyərlərə qarşı əhəmiyətsizlik aşılanır. “Yəni bu “qırmızı xətlər” sanki kütləvi hal alıb və insanlar artıq qeyrətsizləşib. Beləliklə mən də nə vaxtsa belə vəziyyətə düşsəm, bu addımı ata bilərəm. Çünki tək deyiləm, artıq hamı belədir, qeyri-adi heç nə yoxdur burada” kimi düşüncə tərzi aşılanır insanlarımıza. Bilərəkdən və ya bilməyərəkdən həmin xəbər portalı bu əhval-ruhiyyəni təlqin edir. Bu da cəmiyyətimiz üçün çox qorxulu bir tendensiyadır. Yəni xəbər portalı belə xəbərlərin qabardılması ilə bu tip cinayətlərin artmasına xidmət etmiş olur.

Belə xəbərlərin digər bir zərəri insanlarımızda ruh düşkünlüyünün yaratmasıdır. İstər-istəməz insan belə xoşagəlməz və iyrənc xəbərlərin başlığını görəndə cəmiyyətə qarşı bir ümidsizlik və yadlıq həmçinin aqressiya hissləri oyanır. Bu da vətəndaşlarımızın əhval-ruhiyyəsinə, bir-birinə qarşı inamsızlığına, nifrətinə və sağlam ünsiyyətin pozulmasına həmçinin ictimai qınağın zəifləməsinə gətirib çıxarır. 

Vüsal Nadiroğlu

sosial psixologiya üzrə araşdırmaçı

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

"Azərsu" ASC-nin su boruları oğurlanıb

24

Avqust
14:23
ÖLKƏ
182

Günün qarşılaşmaları TV AFİŞA

24

Avqust
14:14
İDMAN
113

Hövsanda su çatışmazlığı: sakinlər etiraz edir

24

Avqust
14:10
HÜQUQ,HADİSƏ
142

Azərbaycan nefti ucuzlaşıb

24

Avqust
11:42
İQTİSADİYYAT
177

Xəzər dənizində zəlzələ olub

24

Avqust
10:33
HÜQUQ,HADİSƏ
208

Hirkan Milli Parkındakı yanğın tam söndürüldü

24

Avqust
10:10
HÜQUQ,HADİSƏ
198

Şagird sayı 20 nəfərdən az olan 290 məktəb var

23

Avqust
16:09
ELM / TƏHSİL
754

Azərbaycanın xarici dövlət borcu açıqlanıb

23

Avqust
14:39
İQTİSADİYYAT
568
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


24-08-2019 20:50



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru