Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

25 May

2015
14:58
393
Məmmədyarov Qarabağ haqqında: Problem var, onu həll etmək lazımdır

Qarabağ münaqişəsi Rusiyanın xarici siyasət prioritetlərinə daxildir.

Dağlıq Qarabağ problemi Moskvada keçirilən danışıqlarda aktiv müzakirə olunub, məsələ artıq yetişib və onu həll etmək lazımdır.

Bu barədə Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov rusiyalı həmkarı Sergey Lavrovla keçirilən görüşün yekunları üzrə bildirib.

“Dağlıq Qarabağ münaqişəsinə dair səslənmiş nikbinlik notlarını mən də bölüşürəm, - deyə, o, bildirib. – Mövzu var, problem var, onu həll etmək lazımdır. Artıq vaxtı çatıb”, - deyə, Məmmədyarov bildirib.

Öz növbəsində Rusiya XİN rəhbəri Sergey Lavrov bildirib ki, Rusiya Dağlıq Qarabağ məsələsinin həllini öz xarici siyasət prioritetləri arasında nəzərdən keçirir.

“Rusiya münaqişə tərəfləri arasında razılığın əldə olunmasına yardımı əvvəlki kimi öz xarici siyasət prioitetlərindən biri hesab edir, - deyə, Lavrov bildirib. – Biz qarşı tərəflərin qəbul edəcəyi razılaşmaların axtarışına yardımımızı davam etdirəcəyik”.

Lavrov bəyan edib ki, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması imkanlarına “möhkəmlənən nikbinliklə” yanaşır.

“Düzünü desəm, mən hazırkı vəziyyətə ehtiyatlı, lakin yenə də möhkəmlənən nikbinliklə baxıram”.

Ümumilikdə münaqişədən danışan rusiyalı nazir, onun çox uzandığını bildirib.

“Yəni, razılıq əldə etmək üçün real baza var – bununla hamı razıdır və indi bu anlaşmaların  konkret formullar dilinə çevrilməsi işi qalıb”, - deyə, Lavrov bildirib.

“Adətən bu, asan  iş deyil, lakin sizi əmin edirəm ki, ən azından Rusiya rəhbərliyinin münaqişənin münasib nizamlama variantlarının axtarışı üzrə tərəflərin səylərinə yardımı heç zaman azalmayıb”, - deyə, Rusiya XİN rəhbəri əlavə edib.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Ölkədə yumurta istehsalı artırılacaq

22

May
22:39
İQTİSADİYYAT
389

Onlar ali məktəbə imtahansız qəbul olunacaq

22

May
15:30
ELM / TƏHSİL
1161
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


22-05-2019 22:47



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru