Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

22 May

2015
16:33
1138
Çarpaz yolların ağrısı
Cəsur və mübariz Yəmən xalqına həsr olunur

Bu nədir? Dünyanın başına daşmı düşüb?.. Yox-yox, dünya özü bir qara daşa dönüb, düşüb bəzi  naqis insanların,  “qan-qan” deyən  bəzi təcavüzkar dövlətlərin başına!.. Və bəlkə   də elə, o daşın təsiridir ki, çoxları başını itirdiyinin fərqində deyil.

Biz nə edirik? Milyard-milyard aləmlər,milyard-milyard planetlər, ulduzlar içərisində mikroskopik zərrə  olan  doğma Yer kürəmizi  göz-bəbəyimiz kimi qorumaqdan, bütün varlığımızla  Onun xoşbəxtlik və əminamanlığına  çalışmaqdansa,eləcə də  Allah –Təalanın bənni-insana əta etdiyi ömür payına şükranlıq edib mənəvi-əxlaqi-dini  dəyərləri uca tutaraq  sülhlə, sevgi və harmoniya ilə  yaşamaqdansa... bizlər  torpaq  hərisliyindən doğan müharibələrə, var-dövlət  nəfsliyindən, tamah və paxıllıqdan yaranan qanlı-qadalı münaqişələrə,çəkişmələrə,terror hadisələrinə  rəvac veririk. Bu gün neçə-neçə ölkə adı çəkmək olar ki, orada günahsız insanlar – məsum körpələr, köməksiz qocalar,qadınlar, Təpəgöz kimi doydum  deməyən, müştəbeh dövlət başçılarının torpaq  iştahasının, hikkə və mənasız ambisiyalarının qurbanına çevrilir?..

Bu gün Azərbaycanın əzəli torpağı olan Qarabağımız işğal altındadı...

Bu gün Ukrayna ərazisi təcavüzə məruz qalıb... xalqın ah-naləsi ərşə dirənib...

Bu gün Yaxın Şərqdə atəş səsləri hələ də səngimir,”idarə olunan xaos” hər gün neçə-neçə insan canı alır...

Bu gün  Fələstin torpaqları,Fələstin xalqı İsrail rejimi əlindən qan ağlayır; hətta son illər Qəzza bölgəsində axan çaylar belə qan rənginə boyanır...

Bu gün Səud rejimi öz ağalarının buyruğu ilə, bütün dini və insani dəyərlərə (Allah bağışlasın!) tüpürərək  Yəməni bomba atəşinə tutub... Təsir əks-təsirə bərabərdir!  Yəmən xalqının qorxub-çəkinmədən nümayiş etdirdiyi mübarizə əzmi düşməni daha da qudurdur...

Belə “bu gün”-lərdən nə qədər sayıb-sadalamaq olar,İlahi!

Belə olarmı?   Təcavüz! İşğal!  Bu sözlər  və bu anlam  həmişə dəhşətli bəlalar gətirib. Təcavüz,istila bütün zamanlarda dağıdıcı olub!

Müharibə! İnsan cəsədləri... Üzündə-çöhrəsində qorxu,təlaş, dəhşət və... təəccüb ifadəsi donub qalmış körpə-uşaq, qoca-cavan, qadın-kişi  meyitləri... Uçub dağılmış, yanmış evlər,binalar... göz yaşları, qan gölməçələri, ürək parçalayan ağrı-acılar...

Dünən Qarabağda, Gürcüstanda,Tunisdə,Fələstində, Əfqanıstanda,Misirdə, İraqda beləydi...

Bu gün Ukraynada, Suriyada,Livanda, Yəməndə belədir!..

Bəs sabah? 

Müharibə! Əgər müharibə müqəddəs din, haqq-ədalət və işğala məruz qalmış vətən uğurunda aparılmırsa- Allah-Təalaya müxaliflikdir.Müxaliflikdirsə,deməli, o, şeytan əməli və çox böyük günahdır! Allah yolunda savaşa getmək,xalq, vətən  və haqq iş uğrunda vuruşmaq, elə, müharibə və şər əleyhinə vuruşmaq deməkdir. Bu gün Yəmən xalqı işğalçıya,  şərə,bədxahlığa qarşı vuruşur. Yalan,harınlıq  və riyakarlıqla silahlanmış məkrli düşmənə qarşı vuruşur! Bəli, bu gün yəmənlilər,uşaqdan qocayacan, həyatın nə olduğunu unutsalar da, ölümün nə olduğunu yaxşı bilirlər.

Özgə vaxt insan haqları, insan azadlıqları, humanizm prinsipləri,Beynəlxalq hüquq normaları  və s. barədə bar-bar bağıran Qərb dünyası kordumu? Məgər Səudiyyə Ərəbstanının hegimonluğunu, onun  heç vəclə haqq qazandırılmayacağı həyasız təcavüzkarlığını, insanlıq əleyhinə etdikləri çeşidli  cinayətlərini görmürlərmi?!  Məgər Qərb dünyası, ABŞ  və bəzi marionetka Ərəb  dövlətlər laldılarmı?   Nədən  azğınlaşmış Səud rejiminin qeyri-insani və  qeyri-humanist varvarlığına qarşı  səslərini çıxartmırlar?! Görən bu ölkələr nə vaxta qədər ikili standart havası  çalıb riyakarlıq rəqsi oynayacaqlar?.. 

Bunu bilən varmı?

Yəmənin İslam dünyasında sayılıb-seçilən din xadimlərinin günahı, suçu nədir ki?..Mənəviyyatlı, əxlaqlı, Allahlı  olmağa, ləyaqətlə,şərəflə,namus və halallıqla yaşamağa çağrış nə vaxtdan günah sayılır,axı? Yaxud, artıq həqiqətən “açarıçı itirmiş” Səud rejiminin Yəmən şəhərlərinə yağdırdığı  amansız bombalar altında “Allahu-Əkbər!” deyərək Haqq dünyasına qovuşan o dinc,o günahsız əhalinin,o məsum körpələrin  təqsiri nədir?

Yalanın  yüz  üzü var, o həmişə xain və tülkü təki hiyləgərdi.Yalançı -insan da ola bilər, bir ölkə,dövlət, məmləkət də. Yalanın həm də, əvvəli olmur.Əvvəli olmayan yolun isə,əlbəttə ki, sonu da olmaz!   Təəssüflər və sədd heyf ki, öz təcavüzkar xislətinin əsirinə çevrilmiş Səudiyyə Ərəbstanı məhz bu yolu tutub gedir...

Həqiqətin isə cəmi bir üzü var. Düzdür, həqiqət  çox vaxt acı,iti və sərt olur,amma həmişə  səmimi,aydın və işıqlıdır.

Buyurun,hörmətli oxucu,qiymərdləndirin - seçim və nəticə  sizlikdir: Yol  kəsişməsində  üzləşən iki ölkə, iki dünyaduyumu - biri, qana susamış və dinini,Allahını,keçmişini unudub şeytanın köləsinə çevrilən...  Digəri isə - Allahı, dini,vətəni və xoşbəxtliyi uğrunda “uf” demədən  ölümə getməyi şərəf sayan!

Haqlını-haqsızı, günahkarı-günahsızı  müqayisə...  istəsəniz, lap mühakimə edin!.. Amma seçim edəndən sonra... var səsinizlə  etiraz  edib, təcavüzkara   "YOX!"  deməyi  də unutmayın.

Eldəniz Quliyev

Azərbaycan Ziyalılar Birliyinin sədri

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Bakı metrosunda sərnişinin halı pisləşib

18

Avqust
11:23
HÜQUQ,HADİSƏ
249

Şəmkirdəki yanğının DƏHŞƏTLİ TƏFƏRRÜATI

18

Avqust
11:12
HÜQUQ,HADİSƏ
1864

Azərbaycan neftinin qiyməti 62 dollara yaxınlaşıb

17

Avqust
13:00
İQTİSADİYYAT
396

Sabah Bakıda 34 dərəcə isti olacaq

17

Avqust
11:09
ÖLKƏ
1334

Dünya bazarlarında neft bahalaşıb

17

Avqust
10:12
İQTİSADİYYAT
465
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


19-08-2019 07:35



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru