Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

22 May

2015
10:04
4279
`Biz sizi sınamaq üçün şər və xeyirlə ağır imtahana çəkirik`

Xeyir insan istəklərinin ən üstün dəyəridir, onun bu dünyada görmək istədiyi xeyirdir. O xeyir ki, insan onu yalnız dünya malı ilə ölçə bilir. Biz nə isə istəyəndə ona öz xeyirimizdən baxırıq. Bəzən Rəbbimiz bizə nə isə verməyəndə çox pis oluruq və həyatdan küsməyə başlayırıq. Çox zaman istəklərimizin qəbul olmamasının düşüncəsi ilə Rəbbimizdən uzaq düşürük və elə anlayırıq ki, yaxşı biri olsaydıq, Rəbbimiz dualarımızı qəbul edərdi. Əslində isə, biz xeyrin bir tərəfini dərk edirik, o da dünyadakı xeyirimizlə. Ona görə də Rəbbimizin bizə əta etdiyi bəlalarda xeyir tapa bilmirik, çünki ona ziyan gözü ilə baxırıq, amma əslində Rəbbimiz tərəfdən bizə əta olunan hər bir xeyir, ya da bəla tam başqa xeyirlərdən ibarətdir. Biz bu xeyirlərə tam qiymət verə bilmirik, çünki ölçü vahidimiz ən üstün xeyir, cənnət bilirik. Amma əslində ilahi xeyir tam bir başqadır. Bir hadisə Rəbbimiz tərəfindən bizə bəla anlamında baş veribsə, biz həmin an Rəbbimizdən narazı oluruq və buna öz xeyirimizlə baxırıq. Biz xeyir bildiyimiz, bizim ziyanımıza da ola bilər. Nə qədər də dərin elmə sahib olsaq da, ilahi xeyiri tam anlaya bilmərik. Ona görə də Rəbbimizdən hər nə gəlirsə, ona şükür etmək lazımdır, çünki bizlərin ən üstün xeyirimizi O tam ədalətli bilir.

Şər sözünün mənası pislik, yamanlıq, fənalıq, pis iş anlamını verir. Bu mənada tam anlamaq olar ki, yaxşı heç bir üstünlüyü yoxdur bu sözün, amma bu yenə insan təfəkkürüdür. Əslində, şər özü tam başqa bir ölçüdür. Məsələn, şər vaxtı insan yatsa və o oyanan zaman ağlını itirməyibsə, şükür etsin. Beləliklə, şər başqa bir aləmdir, insan yatdığı vaxt onun ruhu hansı məkanda olduğunu bilmir. Yəni, bizim baxışımızdan dünya anlamında olan şərə tam başqa nəzər yetirmək qüdrətimiz çatmaz. Bu məsələyə ilahi nəzər yetirsək, şər özü bizim üçün xeyir qədərdi. Çünki şərin ölçü vahidi ona müsbət anlam vermir və bizim ona baxışımız pis bir düşüncədən gəlir, amma xeyirə nəzər yetirsək, o bizə müsbət bir amaldır. Əslində isə, şər özü ilahi bir nemətdir. Çünki şərə biz bəla kimi baxırıq, amma bəlalar da hansısa nemətlərin olduğunu anlaya bilmirik. Varlıq aləmində şər mütləq deyil, nisbidir və bu nisbiyyət əksəriyyəti təşkil etmir. 

Şeyx Əbu Əli ibn Sina söyləmişdir ki, xeyir əşyanın və ya onun kamilliyinin mövcudluğu, şər isə  obyektin və onun varlığının qeyri-mövcudluğudur. O, obyektin əvvəldən şər daşıyıcısı kimi olmasını rədd etmişdir, çünki onun yaradıcısı sırf xeyirdir. Müəyyən edilmişdir ki, nəfs əvvəldən sırf xeyir kimi mövcud olmuşdur və bütün xeyir işlər fəaliyyətlə deyil, qüvvə ilə mövcuddur. Xeyir və şər iki cürdür. Biri ilə imtahana görə üzləşirik, digərini də imtahanın nəticəsində əldə edirik. Xeyir və şərin bu növü hamının başına gəlir. Bir də imtahanla əldə olunan xeyir və şər var. Allah onları layiq olana verir. Əgər başımıza gələnlər imtahana görədirsə, səbr etmək və imtahanda müvəffəq olmaq lazımdır. Yol verdiyimiz səhvləri isə bir daha təkrar etməməli və onlara görə tövbə etməliyik.

Allah Təala Quranda belə buyurur: “Siz ancaq Bizə qaytarılacaqsınız!”. (Ənbiya, 21/35)

Bəndə ona görə də öz istəklərini bir tərəfə qoyub, öz boynumuza düşən bəndəliyimizi edək və bizlərin bir məqsədi olmalıdır. Hara gedirik?. Öz yolumuzu aydın seçməliyik və bu yolda Rəbbimiz bizə nə verəcəksə, onunla razılaşıb məqsədimizə çatmalıyıq. Elə ola bilər ki, biz öz istədiyimiz, bizlərin ziyanına olsun, amma biz bunu görə bilməyək. Görə bilmədiyimiz tərəfləri görənə həvalə etmək lazımdır və O bizə yalnız yaxşılıq edər. Çünki Rəbbimizin bütün sifətləri insan üçün xeyirdir (ilahi xeyir) və O insanlıq üçün heç zaman pislik etməz . Bu dünyadakı istəklərinizi, əbədi istəklərinizə dəyişməməyi arzu edirəm....

Anar Sadıllı

Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


25-05-2018 09:07

ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com



Рейтинг@Mail.ru