Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

21 May

2015
12:22
692
Riqa sammitindən ölkələr nə gözləyir? Azərbaycan isə tələsmir

Artıq sabah Riqa şəhərində gözləntilərlə dolu olan sammit öz işini başlayır. Sammit ətrafında müxtəlif rəylər formalaşmasına baxmayaraq, sayca 4-cü olan bu toplantıya ümidlər bəslənməyə bilinməzdi. Əvvala, keçən sammit müddətidə Şərq Tərəfdaşlığı (ŞTP ) ölkələrində işğal faktoru özünü göstərmiş, Rusiyanın Avrasiya İttifaqı ideyası bu layihəni kölgədə qoymağa yönəlmişdir. Riqa sammitində artıq Belorusiya Prezidenti Aleksandr Lukaşenko, Azərbaycan Respublikası Prezidenti İlham Əliyev qatılmayacaqlarını bəyan etdilər. Eləcə də 3 Avropa Birliyi ölkəsinin – İrlandiya, İspaniya və Luksemburqun prezidentləri sammitə qatılmamaq qərarını veriblər.

Bu gün və sabah keçirilən toplantıdan tərəflər nələri gözləyirdilıər və nələri alacaqlar? Sammitdən ən böyük nəticələri məhz Ukrayna gözləyir. Ukrayna hakimiyyəti sammitin nəticəsi kimi Krım məsələsində avropa ölkələri liderlərinin tam dəstəyini almağı, Donbas və Luqansk ilə bağlı məsələdə Rusiyaya “dur” deyilməsini, viza rejiminin ləgv olunması və Ukrayna iqtisadiyyatına yardımın olunmasını gözləyir. Təbii ki, viza məsələsində Avropa Birliyi hələ ki, tələsməyəcək. Ukraynanın nəzarətsiz sərhədləri, ekstremistlərin Donbas və Luqansk “sərhədlərinə” nəzarəti birliyi vizanın ləğvini tezləşdirməkdən yayındırır. Lakin, bu o demək deyil ki, AB viza rejiminin ləgv etməkdə tam maraqlı görsənmir, sadəcə, bəzi təhlükələri həll etdikdən sonra bunu tezləşdirə bilər. Krımla bağlı Avropa Birliyi özünün suveren dövlətlərin ərazi bötövlüyü məsələsinə sadiqliyini nümayiş etdirmək üçün Rusiyaya xatırlatma edəcək. Yaxşı başa düşürlər ki, təkcə Krım məsələsinə dirənərək Avrointeqrasiya proseslərini keçmiş sovet ölkələrində ləngitmək olmaz. Çünki, ŞTP yeganə proqramdır ki, Avropa Birliyinin keçmiş sovet respublikaları ilə kommunkasiya kanallarını açıq saxlayır. Eyni zamanda AB göstərmək istəyir ki, ŞTP Rusiyaya qarşı yönəlməyib. Onlar Rusiya ilə ikitərli əməkdaşlıq təşəbbüsünün davam etdirilməsində maraqlıdırlar. Bütün bu gözləntilərin fonunda ən reali Ukraynanın Avropadan gözlədiyi 1,8 milyard maliyyə dəstəyinin alınması haqqında sənədin imzalanması olacaqdır.

Gürcüstan da öz növbəsində AB ilə Assosasiya  razılaşmanı imzaladıqdan sonra təcili olaraq viza rejiminin ləgv olunması haqqında müqavilənin imzalanmasına maraqlıdır. Avropa Komissiyasının Gürcüstanda viza rejiminin ləgvinə ilə bağlı proseslətə dair hazırladığı hesabatın proqressiv qiymətləndirilməsi hökumətin ümidlərni artırır. Gürcüstan eyni zamanda viza rejimini ləgv etməklə Abxaziya və Osetiyanın geri qayıtmasını stimullaşdırmağı, onların Avropa ilə təmaslarını çətinləşdirməyi düşünür. Lakin, Moldovadan fərdli olaraq Gürcüstanın yaxın zamanlarda viza rejiminin ləgv olunmasına bu sammit zamanı təkan verilməsi özünü doğrultmayacaq.

Belorusya ilə bağlı qəribə hal odur ki, sammitə dəvət olunan Belorusiyanın Xarici İşlər Nazirinə qarşı tətbiq olunan sanksiya Avropa Birliyi tərəfindən müvəqqəti olaraq təxirə salınıb. Bununla da hakimiyyət bir neçə oliqarxlara, məmurlara qarşı viza qadağası sanksiyasının aradan qalxacağına ümid edir. Belorusiya əsasən iqtisadi sahədə əməkdaşlığın dərinləşdirilıməsinə maraqlıdır. Onlar viza rejiminin ləgvi ilə bağlı nəyinsə dəyişiləcəyinə əmin deyillər.

Ermənistan Riqaya yalnız bir mesajla gedir – ölkə Avrasiya İttifaqına qoşulmasına baxmayaraq, Avropa Birliyi ilə iqtisadi, siyasi sahədə hansısa əməkdaşlıq çərçivəsini cızmağa hazırdır. Lakin, Ermənistan siyasi əməkdaşlıq sahəsində ciddi təşəbbüs göstərməsə də, iqtsiadi sahədə müəyyən investisiya proqramlarının başlanmasına maraqlıdır. Xüsusən, Ermənistanda atom elektrik stansiyasının, iri istehsal zavodlarının istismarı və ticarətin artırılması istiqamətində layihələrin başlanmasına meyl göstərir. Ermənistan eyni zamanda Avropa Birliyi ilə əməkdaşlığı çərçivəsində Dağlıq Qarabağ münaqişəsinin həllində “öz müqəddaratını təyin etmə” prinisipinə əsaslanaraq birlik üzvü olan ölkələrin dəstəyini ala bilir. Təbii ki, Ermənistan DQ münaqişəsini AB səviyyəsində gündəlikdə saxlamaqla Azərbaycan tərəfini stabilliyi pozmamağa təhrik etməkdə maraqlıdır və ona görə də ŞTP ilə əlaqələrini tam kəsməkdən yayınır.

Sonuncu olaraq Azərbaycanın Riqa sammitindən ciddi bir gözləntisi olmadığını qeyd etmək olar. Azərbaycan Şərq Tərəfdaşlığı Proqramına qoşulan zaman Avropa Birliyi ilə enerji təhlükəsizliyi ilə bağlı ayrıca sənəd imzaladı. Təbii ki, bu ölkənin enerji sahəsində vacib partnyor statusuna malik olduğunun nümunəsi kimi dəyərləndirilir. Başqa sahələrdə əməkdaşlığa həvəslə can atmayan Azərbaycan onunla fərdi olaraq “strateji əməkdaşlıq” müqaviləsinin imzalanmasını təkid edir. Digər ŞTP ölkələrindən fərqli olaraq Azərbaycanda insan hüquqlarının pozulması, azad söz, sərbəst toplaşmaq azadlığının məhdudlaşdırılmasına AB və ona üzv olan ölkələrin hədsiz diqqət göstərməsi ölkədə məmurları qıcıqlandıran amilə çevrilib. Bunun əksinə olaraq, Dağlıq Qarabağ münaqişəsinə münasibətdə lazımi dəstəyin alınmaması da hökuməti daha çox özündən çıxarır. Halbuki, Ukrayna  krizisinə yekdil reaksiya verildiyini gördükdən sonra və Rusiyaya qarşı tətbiq olunan sanksiyaların onun torpağını işğal edən Ermənistana qarşı tətbiq olunmamasına etiraz edərən Azərbaycanda Avropanı ikili standartlar tətbiq etməkdə günahlandırırlar.

Bütün bu problemlər fonunda Azərbaycanın sammitdə dövlət başçısı səviyyəsində təmsil olunması belə heç nəyi dəyişməyəcəkdi. Ən ümidverici addım olaraq Azərbaycan və Ermənistan dövlət başçılarının Riqada görüşərək DQ məsələsini müzakirə etməsi olardı. Lakin, Sammit zamanı mətbuat konfransında Avropa Birliyinin İnsan Hüquqları komissarının Azərbaycanla bağlı səsləndirdiyi fikirlər, Azərbaycanda insan hüquqlarının pozuntusu ilə bağlı keçirilməsi planlaşdırılan tədbirlər hökumət üçün Azərbaycan və Ermənistan dövlət başçılarının görüşünü maraqsız edəcək prezidentlərin görüşü mahiyyətcə heç nəyi dəyişməyəcəkdi. Azərbaycanı bu görüşdə iştirak edən - prezidentin beynəlxalq məsələlər üzrə müşaviri və Xarici İşlər Nazirinin müavini avrointeqrasiya proseslərini kifayət qədər dərindən bilən dövlət nümayəndələridir.

Bəllidir ki, Azərbaycan Ukrayna və Gürcüstanın tələsik addımlarından sonra hansı sonluğun olduğunu əsas götürərək, ŞTP ilə əməkdaşlığı fərdi qaydada razılaşma əsasında qurmaq istəyir. Azərbaycan həm də bu əməkdaşlığın yaxın qonşusu olan Rusiyaya qarşı yönəldilməsində də maraqlı deyildir. Lakin, Azərbaycan faktiki olaraq neft və qaz layihələrinin əsas hədəfi kimi Avropa ölkələrini seçməklə Rusiyanın həmin bazara təsirini azaltmağa ən böyük tövhə verir. Elə ona görədir ki, Azərbaycan hökuməti şərq tərəfdaşlıq proqramında əvvəlcədən müəyyən olunmuş formada bütün üzvlər üçün nəzərdə tutulan “Assosiasiya razılaşması” əsasında əməkdaşlığı öz xeyrinə dəyişməyə təkid edir. Ölkə özünün enerji təhlükəsizliyi sahəsində strateji yerini yaxşı başa düşdüyündən siyasi inteqrasiyanı sərfəli şərtlər əsasında qurmağa can atır. O üzdən, bu sahədə tələsik addım atmağa meylli deyil.

Əvəz Həsənov

“Humanitar Tədqiqatlar” İctimai Birliyi

(Humanitar Tədqiqatlar Cəmiyyəti)

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

"QARA PLYONKA" məsələsinə nöqtə! - FOTO

20

Avqust
16:55
NƏQLİYYAT
554

Tikinti icazəsi "Bir pəncərə" sisteminə keçir

20

Avqust
15:42
HÜQUQ,HADİSƏ
764

Smartfonun beynin məhsuldarlığına təsiri öyrənilib

20

Avqust
15:05
AİLƏ, SAĞLAMLIQ
1484

Hirkan Milli Parkında yanğın başlayıb

20

Avqust
14:13
HÜQUQ,HADİSƏ
165

Bakıda kirayə evlər ötən aydan bahalaşıb

20

Avqust
14:10
İQTİSADİYYAT
1756

Füzulidə top mərmisi tapılıb

20

Avqust
14:07
HƏRB
793

BMT-dən fillərlə bağlı QADAĞA

20

Avqust
12:56
MARAQLIDIR
223

Ötən gün yol qəzalarında 2 nəfər ölüb

20

Avqust
12:49
HÜQUQ,HADİSƏ
192

Avqustun 21-ə gözlənilən hava proqnozu

20

Avqust
12:41
ÖLKƏ
232

Bakı metrosunda işıqlar söndü

20

Avqust
12:40
HÜQUQ,HADİSƏ
196
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


21-08-2019 01:03



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru