Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

21 May

2015
11:17
326
Azad Qarabağ Uğrunda Alyans xalqımıza başsağlığı verdi

“Binəqədi rayonu, Azadlıq prospektindəki 16 mərtəbəli binada baş vermiş yanğınla əlaqədar xalqımıza bağsağlığı verir, həyatını itirənlərə Tanrıdan rəhmət, yaralılara isə şəfa diləyirəm. Faciə zamanı köməksiz vəziyyətdə qalan azyaşlıların və iki ailədən qardaş-bacıların həlak olmaları xüsusilə ağırdır, üzücüdür. Allah-təala valideynlərinə və digər doğmalarına səbr versin.”

Bunu kütləvi informasiya vasitələrinə dünənki açıqlamasında Qarabağ Uğrunda İslami Müqavimət Hərəkatının sədri Rövşən Əhmədli bəyan edib. R.Əhmədli daha sonra bildirib ki, belə hadisələrdən kimsənin sığortalanmadığı şübhəsizdir, lakin ölkədə insan faktoruna laqeyd münasibət, məmur iştahasından yaranan talançılıq, cavabdeh şəxslərin məsuliyyətsizliyi, müvafiq olaraq təmir-tikinti sahəsində çalışanların səriştəsizliyi üzündən sakinlərin illər uzunu zəhmət çəkib, qəpik-qəpik pul toplayıb aldıqları evlərdə də rahat yaşaya bilməmələri, addımbaşı müxtəlif bədbəxtliklərlə qarşılaşmaları acı təəssüf və qəzəb hissi doğurur. Politoloqun fikrincə, bütün bunların əsas səbəbi ayrı-ayrı sahələri qeyri-qanuni şəkildə nəzarətə almış yüksək rütbəlilərə vaxtaşırı ötürülən fantastik məbləğli rüşvət zəminində formalaşmış “mənəm”lik, harınlıq, qudurğanlıq, nəticədə isə cəzasızlıq mühitinin formalaşmasıdır: “Binəqədi yanğını birinci dəfə deyil ki... Əvvəllər də oxşar hadisələrin yüz dəfələrlə şahidi olmuşuq. Elə Xətai rayonunda yerləşən hündürmərtəbəli binadakı yanğından heç bir ay keçməyib. Deməli, vaxtında qəti ölçülər götürülsəydi - günahkarlar cəzalandırılsaydı, keyfiyyətsiz penoplas səthlər sökülərək daha etibarlı daş üzlüklərlə əvəzlənsəydi, bugünkü ağır duruma gəlib çıxmazdıq.”

Rövşən Əhmədli əksər hallarda görülən tədbirlərin son hədəfinin tərbiyə metodu olmadığını, yalnız gözdən pərdə asmağa hesablandığını da gizlətmədi: “Dünya təcrübəsində cəzaya fərdin islah edilməsi, səhvlərinin etirafı, cinayətdən çəkinməsini reallaşdıracaq hal kimi yanaşılır. Bizdə isə tam əksinədir: dövlətin, xalqın əmlakı mənimsənilir, bir neçə nəfəri də tutub qoyurlar “içəri”, az vaxtda məsələ unudulur və “əşi, xərclədiyimizi çıxarmalıyıq da”- deyə, həmin sahədə daha amansız talan başlanır. Çünki cəzalandırılan günahkar olan deyil, tamam başqa, təsadüfi adamdır. Əsas fiqur yenə də pərdə, kadr arxasında öz bədxah əməllərini davam etdirməkdədir. Dövlətin dayaqları isə - mütəfəkkirlərin təbirincə desək, - iki halda sarsılır: əsl cinayətkar məsuliyyətdən kənarda qalanda və günahsız şəxs cəzalandırılanda!”

Azad Qarabağ Uğrunda Alyansın idarə heyətinin digər üzvləri –  Mina Qurbanlarına Dəstək İctimai Birliyinin sədri Məmmədhəsən Həsənov,   “Məşəl” İctimai Birliyinin sədri Alman Abbasov, Milli Mədəniyyətin Təbliği İctimai Birliyinin sədri Jalə Cəfərova və Azərbaycan Birlik Təşkilatının sədri Vüsal Hətəmov da Bakı şəhərinin Binəqədi rayonundakı yaşayış binasında baş verən yanğında ölənlərin yaxınlarına,  həmçinin bötüvlükdə Azərbaycan xalqına baş vermiş faciə ilə bağlı dərin hüznlə başsağlığı verir, sözügedən hadisəni xalqımız üçün əsrin ən böyük faciələrindən hesab edir .

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

“Laçın”ın sahibinin oğluna hökm oxundu

23

May
16:52
HÜQUQ,HADİSƏ
121
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


24-05-2019 09:22



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru