Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

21 May

2015
11:01
Yanğında həlak olan körpə Fərəhin anası: Həmin günü iki övladımı itirdim

FaktXəbər-in verdiyi məlumata görə, Mayın 19-da Bakıda baş verən dəhşətli yanğında dünyasını dəyişən balaca  Fərəhin anası Minval.az-a danışıb. Həmin söhbəti olduğu kimi təqdim edirik:

Gözlərimi açanda palatanın bir başından o biri başına  tibb bacıları qaçışırdı. Başıımın üzərində isə sistem  asılmışdı. Gücümü toplayıb, yalnızca bir söz deyə bildim: Fərəh

Bu an tibb bacılarından biri mənə yaxınlaşaraq qışqırdı: «Həkim, o, özünə gəldi». Bir neçə saniyədən sonra  mən yenə soruşdum: «Hanı mənim qızım? Hanı mənim Fərəhim?»

Cavabı  eşitməyib, mən bütün palata boyu qışqırmağa başladım. Lakin mənə yenidən sakitləşdirici vurdular və yuxuya getdim… Bir neçə saatdan sonra  ayıldım və yanımda  dayanan həyat yoldaşımı gördüm. O, əlimdən tutmuşdu. Özü  bütün yanıq yaraları içində idi. Gözlərində yaş dolmuşdu və sakitcə mənə baxırdı.

- Hər şey qaydasındadır? – deyə soruşdu.

- Yalvarıram sənə, qızımı yanıma gətir.

- Narahat olma, onda hər şey yaxşıdır. Sadəcə gücsüz düşüb və şirin yuxuya gedib.

O, bu sözləri dedikdən sonra, üzünü çevirdi və dərhal otaqdan çıxdı. Görünür istəmirdi ki, mən onun acı göz yaşlarını görüm.

Artıq gecə həkim özümə gəldiyimi görüm, bu dəhşətli yanğında mənim eyni anda iki övladımı itirdiyimi dedi: 3 yaşlı Fərəhi və hələ dünyaya göz açmamış körpəmi…

Bu andan etibarən mən yanğında aldığım yaralarımdakı göynərtini hiss etməməyə başladım. Daxilimdə  elə bir yanğın başladı ki, artıq onu  heç kim və heç nə söndürmək gücündə deyil. Düşünürəm ki, bu həyatda  artıq heç nə mənə o günkü qədər acı yaşada bilməz. Kaş həmin günü mən də yanaydım, ancaq bütün həyatım boyu davam edəcək qəlbimdəki bu alovun ağrısını hiss etməyəydim…

***

Qeyd edək ki, jurnalist Əzizə İsmayılova Fərəhin atası ilə şəxsən danışdığını  və bu deyilənlərin yalan olduğunu bildirib: "Vəziyyəti soruşdum. Onun mənə dediklərini olduğu kimi yazıram: "Yazılanlar hamısı yalandır. Heç bir əsası yoxdur. Yoldaşım xəstəxanadadır. Vəziyyəti kritik deyil, ağırdır. "Guya hamiləymiş uşağı düşüb" məlumatının da heç bir əsası yoxdu, o, hamilə deyildi... Saytların biri guya ondan intervyü alıb (yəqin söhbət bu saytdan gedir. Tamamilə yalandır. Yoldaşım danışa bilmir. 2 kəlməni zorla deyir. Mənən yıxılıb. Mən rayondayam (uşaq orda dəfn olunub). Amma elə şey olsa xəbərim olardı...Xahiş edirəm, kimin ağlına nə gəldi, necə gəldi yazmasın. Bu dəqiqə bizim öz dərdimiz özümüzə yetər."

Onu da bildirək ki, Məhərrəmova Fərəh Elnur qızı Xaçmazda dəfn olunub.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Azərbaycanda koronavirusa yoluxanların sayı açıqlanıb

27

May
16:40
BÖLMƏNİ DÜZ SEÇ!
223

Sabahın hava proqnozu açıqlanıb

27

May
13:49
ÖLKƏ
316

Lənkəranda zəlzələ olub

27

May
12:08
ÖLKƏ
301
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


28-05-2020 07:39





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru