- Aktual mövzular :
- Azərbaycan
- Rusiya
- Qarabağ
- Venesuela
Xəbər Lenti
İnfoqrafika
Arxiv
Yazar

Şaban ayı çox şərafətli bir aydır. Bu ay İslam Peyğəmbərinə (s) məxsusdur. O həzrət bu ayı oruc tutar və buyurardı: “Hər kim mənim ayımda bir gün belə oruc tutsa, cənnət ona vacib olar.”
İmam Sadiqdən (ə) nəql olunur ki, imam Zeynəlabidin (ə) Şaban ayı səhabələrini ətrafına toplayıb buyurardı: “Ey mənim səhabələrim! Heç bilirsiniz ki, bu hansı aydır!? Şaban ayıdır. Peyğəmbər (s) buyurardı: “Şaban mənim ayımdır. Öz peyğəmbərinizə məhəbbət bəsləmək və Allaha yaxınlaşmaq məqsədilə bu ayda oruc tutun! Əli ibn Hüseynin canı əlində olan Allaha and olsun ki, atam Hüseyn ibn Əlinin (ə) Əmirəlmöminin Əlidən (ə) belə buyurduğunu eşitdim: “Hər kəs Peyğəmbərə (ə) məhəbbət bəsləmək və Allaha yaxınlaşmaq naminə bu ayda oruc tutsa, Allah onu Özünə yaxın bilər, qiyamət günü Öz kəramətindən ona bəxş edər və cənnəti ona vacib bilər.”
Müqəddəs Şaban ayının da Rəcəb ayı kimi, həm müştərək əməlləri, yəni ayboyu edilə bilinəcək əməllər, həm də xüsusi günlərə aid olan əməlləri vardır. Şaban ayının ilk gecəsinin və ilk günün əməllərini təqdim edirik.
1. Oruc tutmaq.
2. Hər gün 70 dəfə İmam Sadiqdən (ə) nəql olunan bu zikri demək: Əstəğfirullahə və əsəluhut təvbəh
3. Hər gün 70 dəfə aşağıdakı zikri demək: Əstəğfirullahilləzİ lə iləhə illə huvər-rahmənir-rahimul-həyyul-qayyum və ətubu iləyh
4. Fəqir və ehtiyaclı olanlara sədəqə vermək. Hz. Əlidən (ə) ayın ən yaxşı əməli soruşulduqda, İmam (ə) buyurub: "Sədəqə və
bağışlanma diləmə".
5. Bütün ay boyu aşağıdakı zikri 1000 dəfə oxumaq: Lə iləhə illəllahu və lə nəbudu illə iyyəhu muxlisinə ləhud-dinə vələv kərihəl-muşrikun
6. Bu ayın hər 4-cü günü (cümə axşamı) iki rəkət namaz qılmaq. Namazın hər rəkətində "Həmd" surəsindən sonra 100 dəfə "Tövhid" surəsini oxumaq lazımdır. Namazın salamlarından sonra isə 100 dəfə salavat göndərmək. Hz. Əli (ə) Peyğəmbərdən (s) belə nəql edir: "Bu namazı qılan hər kəsin Allah dini və dünyəvi hacətlərini yerinə yetirər və bu günü oruc tutan şəxsin bədəninə cəhənnəm odu haram olar".
7. Peyğəmbər (s) və onun pak Əhli-beytinə (ə) çoxlu salavat göndərmək.
8. Şaban ayının hər günündə şəri zöhr vaxtı və gecə yarısı İmam Zeynəlabidindən (ə) nəql olunan "Salavati-Şabaniyyə"ni oxumaq. «Məfatihul-cinan», səh. 408-411-ə müraciət edin.
9. İbn Xalviyyədən nəql edilir ki, bu ayda Həzrət Əli (ə) və onun övladları (ə) bu münacatı oxuyardılar.«Məfatihul-cinan», səh. 412-yə müraciət edin.
Şabanın ilk gecəsinin əməlləri:
«İqbal» kitabında şaban ayının ilk gecəsi üçün çoxlu sayda namazlar qeyd olunmuşdur. Onlardan biri də 12 rəkətli namazdır. Namazın hər rəkətində "Həmd" surəsindən sonra 11 dəfə "Tövhid" surəsi oxunur. Hər iki rəkətdən bir salamlar verilir.
Şaban ayının birinci gününün əməlləri
Bu günün orucunun böyük fəziləti var. İmam Sadiq (ə) buyurmuşdur: «Şəban ayının birində oruc tutan şəxsə şübhəsiz ki, cənnət vacib olar». Seyid bin Tavus "İqbal" kitabında Allah Rəsulunun (s) belə buyurduğunu nəql edir: "Allah Şaban ayının ilk üç gününü oruc tutan və gecələrini iki rəkət namaz qılan (hər rəkətdə "Həmd" surəsindən sonra 11 dəfə "Tövhid" surəsi oxunur. insanı yer və göy əhlinin, iblis lənətliyin və hər bir zülmkarın şərrindən amanda saxlayar və onun bir çox günahlarını bağışlayar".
- 22-02-2019 15:03 Həcc ziyarətinə getməyin builki qiyməti məlum oldu
- 09-02-2019 09:36 Xanım Zəhra (s.ə) zirvəsinin bəşəriyyətə təsirləri
- 07-02-2019 14:32 Allahşükür Paşazadə dini icmalara tapşırıq verib
- 04-02-2019 11:18 Əgər Allah istəsə...
- 25-01-2019 15:22 Murtuza Muxtarovun Vladiqafqazda inşa etdirdiyi məscid yenidən bərpa edilib
- 20-01-2019 15:08 Xanım Zəhra (s.ə) ictimai şəxsiyyət kimi cəmiyyətimizə nümunə ola bilər
- 14-01-2019 11:45 Hacı olmaq istəyən azərbaycanlıların diqqətinə: QİYMƏT QALXACAQ
- 09-01-2019 16:18 İlahi qaydalara uyğunsuzluq fəsadın əsasıdır - VİDEO MÜSAHİBƏ
- 08-01-2019 16:58 Hacı Şəhla məscidi bərpa olunub
- 08-01-2019 11:40 Hər bir sualın cavabını Quranda axtarmaq yanlışdır - ilahiyyatçı
- 27-12-2018 21:56 Qafqaz Müsəlmanları İdarəsinə 4 milyon manat ayrılıb
- 24-12-2018 10:51 İslamda evlənməyin əhəmiyyəti
- 18-12-2018 10:39 Bu gün Həzrət Məsumənin (s.ə) vəfat günüdür
- 16-12-2018 12:53 Bu gün İmam Həsən Əsgərinin (ə) mübarək mövlud günüdür
- 13-12-2018 16:20 Mikrobu ilk tapan alim həm də İstanbul fəthinin banisi imiş
- 13-12-2018 09:54 Müsəlmana elm öyrənmək niyə vacibdir?
- 10-12-2018 14:50 Dini məsələlərdə özünü aldatmağın 40 yolu - 40-CI YOL
- 07-12-2018 17:05 Dünyanın ən qədim və hündür minarəli məscidi - FOTO
- 05-12-2018 11:55 Azərbaycanda dini münasibətlərin tənzimlənməsi ilə bağlı yeni qanun hazırlanıb
- 03-12-2018 10:05 Almaniya DİN-i İslam Konfransının iştirakçılarını donuz ətinə qonaq edib
- 30-11-2018 11:11 Dini məsələlərdə özünü aldatmağın 40 yolu - 39-CU YOL
- 29-11-2018 16:42 Gəncə İmamzadəsindəki icma qeydiyyata alınıb
- 26-11-2018 13:17 AİP Qadınlar Şurası "Vəhdət Həftəsi" münasibətilə Gəncədə tədbir keçirdi - FOTO
- 25-11-2018 21:00 Peyğəmbərin mövludu Bakıda möhtəşəm şəkildə qeyd edildi - FOTO-VİDEO
- 21-11-2018 14:10 AİP Peyğəmbərin mövludu və “Vəhdət həftəsi” münasibəti ilə Azərbaycan xalqını təbrik etdi