Nobel prospektinin bir hissəsi də bağlanır

Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

18 May

2015
19:57
2000
Nobel prospektinin bir hissəsi də bağlanır

Bu gecədən etibarən Nobel qardaşları prospektinin Cavanşir körpüsünə doğru, Süleyman Əhmədov küçəsi ilə kəsişməsindən Afiyəddin Cəlilov küçəsinədək olan hissəsi təmir-tikinti işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkəti üçün qısamüddətli bağlanılacaq.

Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC-dən verilən məlumata görə, Nobel prospekti ilə şəhərə doğru hərəkətdə olan nəqliyyat vasitələri Süleyman Əhmədov küçəsinə dönməklə Babək prospektinə doğru hərəkətlərinə davam edə bilərlər. “Ağ şəhər” istiqamətindən çıxan nəqliyyat vasitələri üçün isə Nobel qardaşları prospektinin əks hərəkət istiqaməti ilə Neftçilər prospektinə çıxış təmin olunacaq.

Qeyd edək ki, Nobel qardaşları prospektinin Cavanşir körpüsünə doğru, “Ağ şəhər”in qarşısından Afiyəddin Cəlilov küçəsinədək olan təqribən 700 metrlik hissəsində təmir-tikinti işləri həyata keçirilir. Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC tərəfindən aparılan təmir işləri çərçivəsində sözügedən ərazidə köhnə asfalt-beton örtüyünün üst qatı qaşınaraq, yenisi ilə əvəz olunacaq. Ümumilikdə 13 min kvadrat metr sahəyə yeni asfalt-beton örtüyünün döşənməsi planlaşdırılır. Artıq yol boyu 1400 paqon-metr səki daşı dəyişdirilib. Bundan başqa kommunikasiya xətlərinin dəmir-beton plitələri qaldırılaraq, baxış qapaqları yenilənəcək, səth suların normal axıdılması üçün zəruri olan ərazilərdə yağış-kanalizasiya sistemi qurulacaq, yağış barmaqlıqları yenilənəcək.

Nobel qardaşları prospektinin “Ağ şəhər”in qarşısından Afiyəddin Cəlilov küçəsinədək olan təqribən 700 metrlik hissəsində aparılan təmir-tikinti işlərinin qısa müddət ərzində yekunlaşdırılması planlaşdırılır. Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC yaranmış müvəqqəti narahatçılığa görə üzr istəyir və sürücülərdən imkan daxilində alternativ yollardan istifadə etməkləri tövsiyə olunur.

Xatırladaq ki, Nobel prospektinin Yusif Səfərov küçəsinin kəsişməsindən “Ağ şəhər”ə qədər olan 1.6 kilometrlik hissəsində də təmir-tikinti işləri aparılıb. Artıq yol yeni görkəmdə sürücülərin ixtiyarına verilib.

Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


17-08-2018 05:24



  (+994 70) 870-47-49       (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com