Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

18 May

2015
12:22
Suriya ordusu İŞİD terrorçularını qədim Tadmordan çıxartdı

Suriya/ FaktXəbər-in verdiyi məlumata görə, Suriya ordusu Tadmor şəhəri yaxınlığında hərbi əməliyyatlar nəticəsində  İŞİD terrorçularını geri çəkilməyə məcbur edib.

Qeyd edək ki, iki gün öncə şəhər terrorçuların əlinə keçmişdi.

Suriya ordusu bundan əlavə Deyr əz-Zor hərbi hava limanını yaxınlığındakı streteji əhəmiyyətli məntəqəni geri ala biliblər. Suriya televiziyasının məlumatına görə, öldürülən terrorçular arasında səudiyyəli, türk, çeçen, iordaniyalı və iraqlı beş komandir də var.

Yeri gəlmişkən Tadmor UNESCO-nun ümumdünya mədəni irsinə daxil edilmiş qədim tarixi Palmir şəhəri yaxınlığında yerləşir. Martın sonlarında  fransız çəkiliş qrupu burada olmuşdu. Artıq həmin zamanda  burada dağıntılara rast gəlinmişdi. Şəhər strateji əhəmiyyət daşımır və müşahidəçilər hesab edirlər ki, İŞİD-in bura hücum etməkdə məqsədi  bu qədim memarlıq abidəsini məhv etməkdir. 

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Xarici valyutaların manata qarşı məzənnələri

31

May
09:42
İQTİSADİYYAT
220
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


31-05-2020 11:22





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru