Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

16 May

2015
12:50
1551
Səud rejiminin Yəmən barədə hesablamadığı yeganə nüans - ANALİZ

Bəzi xəbər mənbələri Ərəbistan ordusunun bu gündən Yəmən millətinə sırıdıqları müharibədə atəşkəsə əməl etmək qərarı verdiklərini yazıb. Bu qərar ötən həftə Amerika xarici işlər naziri Con Kerrinin Fars körfəzi ölkələrinin xarici işlər nazirləri ilə görüşündə təklif edilib.

Ancaq Ərəbistan rejimi və havadarları atəşkəs qərarını bir həftə gecikdirmək və vaxt qazanmaqla başda Sadə əyalətinə qarşı hücumları olmaqla, Yəməndə Husilərin yaşadığı şiə bölgələrə qarşı hərbi əməliyyatlarını şiddətləndirərək təzyiqlərini artırmağa və beləliklə, Yəmən xalqını təslim olmağa zorlamağa çalışdı.

Ənsarullah hərəkatı və xalq qüvvələri isə bəyanat verərək hər cür atəşkəsin Yəmənin qurudan, havadan və dənizdən mühasirəsinin sona çatdırılmasına bağlı olduğunu açıqlayıb. Amma görünən odur ki, Səud rejimi müharibə cinayəti törətməkdən əl çəkmək və Yəmən hərbi əməliyyat və şeytani planlarında məğlubiyyətə uğradığını qəbul etmək istəmir.

Bundan əvvəl Ərəbistanın yeni iqtidarının başına keçən kralı Salman birtərəfli atəşkəs elan etmişdi. Ancaq dərhal sonra cinayətlərinə yenidən başladı və hərbi əməliyyatlarını, baş verən dağıntı və itkini, atəşkəsdən əvvəlki dövrə nisbətən bir neçə dəfə artıq şiddətləndirdi.

İndi Səud rejiminin keçmişdəki bu atəşkəs rejimində etdiklərinə baxanda yeni atəşkəsin də o qədər möhkəm olmadığı və bu atəşkəsə də məhəl qoyulmayacağı aydın görünür.

Bəs nə üçün Ər-Riyad rejimi bu qədər kinli münasibəti ilə atəşkəs elan edir? Atəşkəsin arxasında hansı məqsədlər dayanır?

Bu sualların cavabına bir neçə səbəb tapmaq mümkündür.

Birincisi, baxmayaraq ki, dünyadakı bütün təcavüzkar güclər Səud rejiminin müharibə cinayətini və cinayətlərini dəstəkləməyə başlayıb. Qərb mediası da Qərb dövlətləri kimi Səudiyyə rejiminin bəşəriyyətə qarşı təqsir və cinayətləri qarşısında sükutu üstün tutdu. Lakin dünya ictimaiyyətinin əldə etdiyi məhdud doğru məlumat və informasiyalarla Səudiyyə rejimi və himayədarlarına təzyiq etməyə başladı ki, bu da bu zümrəni narahat edir. Buna görə də sözdə atəşkəs elan edərək məsələyə son qoyduğunu təlqin etməyə çalışır. Sözügedən addım əslində Səud rejiminin bəhrələndiyi Amerika və İsrail tərəfindən daim tətbiq etdiyi üsuldur.

İkincisi, son günlər Ərəbistanın yeni vəliəhd şahzadəsi Məhəmməd Bin Naifin sionistlərlə koordinasiyalı şəkildə Ər-Riyadın hərbi və kəşfiyyat ehtiyaclarına təmin etməyə və artırmağa çalışdı. Əslində Səudiyyə rejimi indiyə qədər döyüş təcrübəsi olmayan bir rejimdir və bu üzdən məqsədlərinə çatmaq, daha çox çətinliyə düşməmək üçün özünü Vaşinqton və Təl-Əvivin hərbi müzakirələrinə möhtac görür. Buna görə aydındır ki, sionistlər Qəzza zolağında nə edibsə və nə kimi cinayətlər törədibsə, bu gün Səudiyyə rejimi eynisini Yəməndə edir. Atəşkəs elan edilməsi isə Səudiyyə rejiminə yenidən güc toplamaq və yeni silah, hərbi təchizat təmin etmək imkanı yaradır.

Üçüncüsü, bu gün Qəzza zolağında infrastrukturların dağıdılması, məscidlərə, xəstəxanalara hücum edilməsi, dinc yaşayış mərkəzlərinin bombardman edilməsi, dərman və qida maddələri anbarlarının viran edilməsi, su ehtiyatlarının məhv edilməsi və ən əsası da tam mühasirə siyasəti eyni şəkildə Səudiyyə rejimi tərəfindən Yəməndə tətbiq olunur. Humanitar yardım gətirən təyyarələrin enəcəyi hava limanlarının bombardmanı, təyyarələrin vurulması, fosforlu və kaset bombalarının istifadə edilməsi, sionistlərin Qəzza zolağında həyata keçirdiyi cinayətlərdəndir. İndi Səudiyyə rejimi olduğu kimi bu cinayətləri Yəmən xalqına qarşı edərək, öz adını tarixə yazdı. Belə ki, beynəlxalq insan haqları təşkilatları da Səudiyyə rejiminin Yəmən xalqına qarşı kimyəvi silahdan istifadə etdiyini açıqladı. Bunun mənası odur ki, Səud rejimi özünü müsəlman adlandırmasına baxmayaraq, müsəlmanlara qarşı kin bəsləməyi ilə hətta sionistlərin və Səddam kimi müasir canilərin üzünü ağartdı. 

Dördüncüsü, bu gün təxminən bir aydır ki, Ərəbistan quru qüvvələri və kral qvardiya alayına Yəmən torpaqlarında quru əməliyyat keçirmək tapşırılıb. Amma bu qüvvələr heç bir uğur gətirmədiyi kimi Yəmənin cəsur tayfa qüvvələri Ərəbistan torpaqlarının dərinliklərinə sızaraq Səud rejiminin strateji məntəqələrini ələ keçirməyə nail olub. Buna görə Səud rejimi atəşkəs elan edərək, Yəmən tayfa qüvvələrinin Ərəbistan torpaqlarına daha çox nüfuz etmələrinə mane olmağı və bu arada məğlubiyyətə uğrayan müharibə strategiyasının nəzərdən keçirmək imkanı qazanmağa ümid bəsləyir.

Və son olaraq, baxmayaraq ki, Ərəbistan Yəmən torpaqlarına hücum etməyə başladığı anda on ölkənin ittifaqından və Qərbin dəstəyindən bəhs edilirdi, ancaq Ər-Riyadın Yəməndə işlənən bütün bu cinayətlərin məsuliyyətini təkbaşına boynuna götürmək məcburiyyətində qaldığı müşahidə edilir. Belə ki, Səud rejiminin bəhs etdiyi müttəfiqlərindən heç biri bu cinayətlərə ciddi mənada tərəfdaşlıq etmədi.

Bəli, son iki atəşkəs elanı əslində Səud rejiminin dalana dirəndiyinin əlamətidir. Çünki bir tərəfdən gözlədiyi ölkələrdən heç biri bu rejimə kömək etmədi, digər tərəfdən, Yəmənə qarşı heç bir məqsədinə də nail olmadı. Səud rejiminin hücumu əks reaksiya verdi və Yəməndə xalq güclərini birləşdirdi, Yəmən tarixində ilk dəfə tayfa qüvvələri Ərəbistan torpaqlarının dərinliklərinə nüfuz etməyi, bəzi yüksək rütbəli komandanları əsir almağı bacardı.

Şübhəsiz, Yəmənin xalq gücləri təcavüzkarları təqib edərək haqsız yerə axan qanının intiqamını alacaq. Görəsən, Səud rejimi bunu da düşünmüşdümü?

FaktXəbər Analitik Mərkəzi

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

"QARA PLYONKA" məsələsinə nöqtə! - FOTO

20

Avqust
16:55
NƏQLİYYAT
537

Tikinti icazəsi "Bir pəncərə" sisteminə keçir

20

Avqust
15:42
HÜQUQ,HADİSƏ
757

Smartfonun beynin məhsuldarlığına təsiri öyrənilib

20

Avqust
15:05
AİLƏ, SAĞLAMLIQ
1474

Hirkan Milli Parkında yanğın başlayıb

20

Avqust
14:13
HÜQUQ,HADİSƏ
155

Bakıda kirayə evlər ötən aydan bahalaşıb

20

Avqust
14:10
İQTİSADİYYAT
1747

Füzulidə top mərmisi tapılıb

20

Avqust
14:07
HƏRB
784

BMT-dən fillərlə bağlı QADAĞA

20

Avqust
12:56
MARAQLIDIR
214

Ötən gün yol qəzalarında 2 nəfər ölüb

20

Avqust
12:49
HÜQUQ,HADİSƏ
183

Avqustun 21-ə gözlənilən hava proqnozu

20

Avqust
12:41
ÖLKƏ
221

Bakı metrosunda işıqlar söndü

20

Avqust
12:40
HÜQUQ,HADİSƏ
189
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


21-08-2019 00:20



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru