Xəbər Lenti

Sorğu

İnfografika

Arxiv

13 May

2015
17:10
950
Elmira Süleymanova Arif Yunusla görüşüb

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanova İşgəncələrin qarşısının alınması üzrə Milli Preventiv Mexanizm (MPM) qismində Milli Təhlükəsizlik Nazirliyinin Müvəqqəti saxlama yeri və istintaq təcridxanasına əvvəlcədən xəbərdarlıq etmədən başçəkmə həyata keçirib.

Ombudsman Aparatının mətbuat xidmətindən FaktXəbər-ə verilən məlumata görə, başçəkmədə məqsəd saxlama şəraiti və rəftarın araşdırılması, saxlanılan şəxslərin hüquqlarının təmin olunması vəziyyətinin öyrənilməsindən ibarət olub.

Həmin müəssisədə saxlanılan şəxslərdən Rauf Mirqədirov, Arif Yunusov, Elşən Mustafayev və digərləri ilə təkbətək qaydada görüş keçirilib. Təklikdə söhbət zamanı onlar bu müəssisədə saxlama şəraiti, habelə müəssisə əməkdaşlarının rəftarından şikayət etməyib, keyfiyyətli qida və tibbi xidmətdən razılıqlarını bildiriblər.

Saxlama şəraitinin daha da təkmilləşdirilməsi ilə bağlı müəssisə rəhbərliyinə müvafiq tövsiyələr verilib.

Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru