Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

13 May

2015
12:01
24 min polis səfərbər edildi

Bakı-2015 Avropa Oyunları ilə bağlı təhlükəsizliyin və ictimai asayişin təmin olunmasına 24 min nəfər polis və Daxili Qoşunların əməkdaşları cəlb olunub".

Bunu Azərbaycanın daxili işlər nazirinin müavini, polis general-leytenantı Oruc Zalov bildirib.

Nazir müavinin sözlərinə görə, 2013-cü ilin fevral ayında Azərbaycanda Bakı-2015Avropa Oyunlarının keçiriləcəyi barədə qərar qəbul edildikdən sonra bu işə hazırlıq işlərinə başlanılıb. O.Zalov deyib ki, həmin vaxtı, yəni 2013-cü ilin fevralında daxili işlər nazirinin təsdiqi ilə tədbirlər planı hazırlanıb: "İlk növbədə qarşıya qoyulan məqsəd o idi ki, şəxsi heyətin hazırlığı, lazımı texniki vasitələrin alınması, texniki qurğuların tətbiqi və digər bu kimi tələb olunan məsələlərin həlli ilə ölkəmizdə ilk dəfə keçiriləcək bu cür möhtəşəm oyunlarda təhlükəsizlik ən yüksək səviyyədə təmin olunsun. 2013-cü ilin fevralından indiyədək hər gün bu məsələ rəhbərlik tərəfindən müzakirəyə çıxarılır, mütəmadi olaraq ayrı-ayrı rəhbər şəxslərə lazımı tövsiyələr verilir. 2014-cü ilin dekabrından isə müəyyən edilib ki, Bakı-2015Avropa Oyunlarına nə qədər polis əməkdaşı cəlb edilə bilər.

Deyə bilərəm ki, təxminən 24 min nəfər polis və Daxili Qoşunların əməkdaşı Avropa Oyunlarına cəlb olunacaq. Onlar ictimai asayişin keşiyində dayanmaqla yanaşı, ayrı-ayrı müvafiq xidmət sahələri ilə bir yerdə bu işə cəlb olunublar. 2014-cü il dekabrından biz artıq istifadəyə verilən və tikilməkdə və təmirdə olan idman arenalarının mühafizəsi işinə başlamışıq. Artıq ötən ilin dekabr ayrından etibarən bizim əməkdaşlarımız bu işi qismən də olsa mühafizəyə götürüb. Bundan əlavə, idman arenaları istifadəyə verildikcə, biz həmin arenaların necə mühafizə olunması ilə bağlı təlimlər keçirmişik. Hər bir əməkdaşa fərdi qaydada qarşısında duran vəzifələr izah olunub və yoxlanılıb".

Nazir müavini qeyd edib ki, mart ayında daxili işlər nazirinin əmri ilə Bakı-2015Avropa Oyunları ilə bağlı qərargah yaradılıb və idmançıların qalacağı ərazilərdə 15 köməkçi qərargah təşkil edilib: "Bütün bu qərargahların hər birinə isə peşəkar hazırlığa malik olan təcrübəli şəxslər rəhbər təyin olunub. Ayın 29-da isə nazirin şəxsən iştirakı ilə hazırlıq təlimləri bir daha yoxlanılıb.

Bu gün mən cəsarətlə deyə bilərəm ki, Daxili İşlər Nazirliyinin bütün əməkdaşları, o cümlədən Daxili Qoşunlar və digər qurumlarla birlikdə əlaqəli və koordinasiya edilmiş formada "Bakı-2015" Avropa Oyunları ilə bağlı təhlükəsizliyin ən yüksək səviyyədə təmin olunmasına tam nəzarət edə bilir. Əmin edə bilərəm ki, bu gün Bakı-2015Avropa Oyunları ilə bağlı ictimai asayişin təmin edilməsində hər hansı nöqsan gözlənilmir. Əgər hər hansı bir xoşagəlməz hadisə baş verərsə, o zaman hər bir əməkdaşımız onun vaxtında qarşısının alınmasına tam hazırdır".

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

TƏBİB yeni təyinatlarla bağlı açıqlama yaydı

16

Mart
11:05
AİLƏ, SAĞLAMLIQ
3501

"Neftçi" fəaliyyətini dayandırdı

14

Mart
13:51
İDMAN
2617

Bakıda hava dəyişkən buludlu olacaq

14

Mart
13:10
ÖLKƏ
2023

Şənbə gününün havası açıqlandı

13

Mart
12:58
ÖLKƏ
1776
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


28-03-2020 22:12



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru