Sorğu

Prezident seçkilərində iştirak edəcəksinizmi?
BƏLİ
XEYR
HƏLƏ QƏRAR VERMƏMİŞƏM

Xəbər Lenti

İnfografika

Arxiv

Yazar

11 May

2015
12:19
1719
Amerikalı müsəlman ABŞ-ın 50 ştatının hamısında azan verdi

Amerikalı müsəlman ABŞ-ın 50 ştatının hamısında azan verən ilk müəzzin oldu. FaktXəbər-in verdiyi məlumata görə, aprelin 3-də bu arzu ilə yola çıxan Cəmil Səid mayın 8-də missiyasını başa vurub.

40 yaşlı Cəmilin «Müəzzin» adlanan layihəsini həyata keçirməyinə səbəb isə Amerika cəmiyyətində islamafobiya ilə mübarizə və əqidəsi barədə məlumatı yaymaq olub.

«Bu, heyrətamiz idi», - deyə Cəmil Detroit Free Press-ə müsahibəsində bildirir: «Bu hər bir cəhətdən epik bir səfər oldu».

Müəzzin Havay adaları və Alyaska da daxil olmaqla Amerikanın bütün ştatlarında olub. Onun sözlərinə görə, tamamilə tanımadığı müxtiəlif millətdən olan insanların səxavətinə və isti münasibətinə heyran qalıb.

Hazırda Səid öz qeyri-adi səfəri ilə bağlı sənədli film və kitab hazırlamaq istəyir.

Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


23-02-2018 08:37

ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru