Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

08 May

2015
14:42
4 səfirdən ikisinin həlak olduğu helikopter qəzasından Azərbaycanın səfiri necə xilas olub - FOTO

FaktXəbər-in verdiyi məlumata görə, Pakistanda göyərtəsində xarici ölkə nümayəndələrinin olduğu Mi-17 helikopteri qəzaya uğrayıb. Qəza nəticəsində Norveç və Filippinin Pakistandakı səfirləri ölüb. 

Ümumiyyətlə  qəza anında 37 xarici ölkənin diplomatları və köməkçilərindən ibarət 3 helikopter uçurmuş.

“Dawn” qəzeti isə hadisə zamanı Malayziya və İndoneziya səfirlərinin həyat yoldaşlarının öldüyü barədə xəbər yayıb. Ümumiyyətlə iki pilot daxil olmaqla, 6 nəfər ölüb. Polşa və Niderland səfirləri isə yaralanıb.

Azərbaycanın Litvadakı səfiri Həsən Məmmədzadə özünün "Twitter" səhifəsində yazıb ki, qəzaya uğrayan vertolyota Azərbaycanın Pakistandakı səfiri Daşqın Şikarov da minməliymiş.

"Pakistanda vertolyot qəzasında bir neçə ölkənin səfiri həlak olub. Bizim səfirimiz son andakı dəyişikliyə görə vertolyota minməyib", - deyə H. Məmmədzadə qeyd edib.

Səfirin özü isə APA-ya açıqlamasında deyib ki, Pakistan baş nazirinin xanımı tərəfindən bu gün Talassemiya Mərkəzində keçiriləcək tədbirə dəvət edildiyi üçün xarici ölkələrin səfirləri ilə birlikdə Gilgit-Baltistana uçmaqdan imtina edib: “Helikopter nasaz olub. Eniş etmək istəyərkən texniki problem yaranıb və məktəblərdən birinin üstünə düşüb. Mənim adım uçanlar siyahısında olub. Xəstəxanalara gətirilən yaralılar arasında olmadığım üçün mənim öldüyümə qərar veriblər və bu gün Pakistanda bir sıra media orqanı məni də hadisədə ölmüş kimi qələmə verib. Sonradan mən onlara zəng edib məsələyə aydınlıq gətirdim”.

Səfir bildirib ki hadisə zamanı Norveç və Filippinin Pakistandakı səfirləri, Malayziya və İndoneziya səfirlərinin isə xanımları ölüb, bir neçə nəfər yaralanıb.

Həlak olan səfirlər:

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Təhsil naziri olimpiada qalibləri ilə görüşüb

17

Yanvar
17:25
ELM / TƏHSİL
250

MSK DSK-nın qərarını ləğv edib

17

Yanvar
15:50
SİYASƏT
294

Bakıda maşından polislərə atəş açıldı

17

Yanvar
14:20
HÜQUQ,HADİSƏ
582
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


18-01-2020 07:21



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru