Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

08 May

2015
12:32
Siyasi məhbusların yeni siyahısı təqdim edildi

98 nəfərlik siyasi məhbusların vahid siyahısını hazırlayan İşçi Qrup ölkə prezidenti İlham Əliyevin ötən ilin sonlarında və bu ilin mart ayında imzaladığı əfv sərəncamlarından sonra siyahının üzərində yenidən işləyib. Bu barədə İşçi Qrupundan Meydan TV-yə daxil olan məlumata görə, siyasi məhbusların siyahısında azalma əfv fərmanları nəticəsində yox, əsas hissə cəza müddətini çəkib azad olanların hesabına azalıb.

Amma prezidentin imzaladığı üç əfv sərəncamı və cəza müddətlərinin başa çatması ilə əlaqədar olaraq siyahıda adları olan şəxslərdən 26 nəfəri azadlığa çıxıb. Buna görə də onların adları siyahıldan çıxarılıb. Amma buna baxmayaraq 98 nəfərlik siyahi məhbusların vahid siyahısı hazırlanıb ictimaiyyətə təqdim ediləndən sonra da həbs edilənlər olub.

İşçı Qrupu yeni həbs edilənlərin siyasi məhbus olub-olmaması ətrafında müzakirələr və araşdırmalar aparıb və siyasi məhbus hesab edilənləri 9 nəfərin adını qeyd olunan siyahıya əlavə edib. Beləliklə yenilənmiş siyasi məhbusların vahid siyahısında 81 nəfər siyasi məhbusun adı qeyd olunub.

Siyahıya əlavə edilənlər bunlardır:

  • Murad Ədilov - Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) üzvü, bu partiyanın mətbuat xidmətinin rəhbəri, jurnalist Natiq Adilovun qardaşı.
  • Seymur Həzi - "Azadlıq” qəzetinin şərhçisi, "Azərbaycan saatı" proqramının aparıcısı, AXCP-nın Rəyasət Heyətinin üzvü.
  • Xədicə İsmayıl - Azadlıq Radiosunun Bakı bürosunun əməkdaşı, araşdırmaçı jurnalist. 
  • Elvin Abdullayev  - AXCP  üzvü. 
  • Qadir Xudabaxşıyev – AXCP  üzvü, II qrup Qarabağ müharibəsi əlilidir. 
  • Asif Yusifov - AXCP  sədrinin müşaviri, partiyanın Rəyasət Heyətinin üzvü,  Qarabağ  əlili. 
  • Taleh Xasməmmədov  –  hüquq müdafiəçisi. 
  • Ceyhun Cəfərov – "Space” televiziyasında "Gecə söhbətləri” verilişinin aparıcı olub,  "Təkamül” Tərcümə Mərkəzinə rəhbərlik edib. 
  • Elşən  Mustafaoğlu - "İctimai" TV-də "Cümə Söhbəti", ANS TV-də "Allah Haqqı" verilişlərinin aparıcısı,  "Azərbaycan-Amerika Media Akademiyası”nın direktoru olub. 

Azadlığa çıxdıqları üçün 98 nəfərlik siyasi məhbusların vahid siyahısından adları çıxarılanlar. 

1. Bayraməli Vəlişov - hicab məhbusu.

2) Ruhid Abbasov - hicab məhbusu.

3) Xudaverdi Abdullayev - hicab məhbusu.

4) Arif Fətəliyev - hicab məhbusu.

5) Aydın Məmmədov -  hicab məhbusu.

6) Emil Məmmədov -  hüquq müdafiəçi.

7) Şahin Novruzlu  -   NİDA-çı.

8) Bəxtiyar Quliyev -  keçmiş NİDA-çı.

9) Elsevər Mürsəlov  -  keçmiş  NİDA-çı.

10) Həsən Hüseynli   -  hüquq müdafiəçi.

11) Qurban Məmmədov – vəkil.

12) Əvəz Zeynallı -  "Xural” qəzetinin baş redaktoru.

13) Sərdar Əlibəyli - "Note Bene” qəzetinin baş redatoru.

14) Zaur Qurbanlı  -   NİDA-çı.  

15) Üzeyir Məmmədli – NİDA-çı.

16) Muraday Quluyev – hıcab məhbusu.

17) Nahid Qəhrəmanov – hicab məhbusu.

18) Ceyhun Quliyev – hicab məhbusu.

19) Elşən İsmayıllı – İsmayıllı hadisələri.

20)  Qasımlı Anar Əsgər oğlu – hıcab məhbusu.

21) Vəliyev Ramil Rəhim oğlu – hicab məhbusu.

22) Orxan Eyyubzadə - NİDA-çı.

23) Bəşir Süleymanlı – hüquq müdafiəçisi.

24) Eldəniz Hacıyev – nurçu.

25) İsmayil Məmmədov – nurcu.

26) Rəvan Səbzəliyev -  nurçu.

Xatırladaq ki, qeyd olunan siyahı həbsdə olan vicdan məhbusları, hüquq müdafiəçiləri Leyla Yunusla Rəsul Cəfərovun hazırladığı siyasi məhbusların birləşdirilməsi nəticəsində yaranıb.

Siyasi məhbuslar Avropa Şurası Parlament Assambleyasının (AŞPA) 3 oktyabr 2012-ci il tarixli 1900 saylı Qətnaməsində təsbit edilmiş kriteriyalar əsasında müəyyən edilib.

Xeyli sayda yerli və beynəlxalq təşkilatlar bu siyahını Azərbaycanda siyahi məhbusların vahid siyahısı kimi qəbul edib.

İşçi Qrupunun məlumatında belə qeyd olunur.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Sabahın hava proqnozu açıqlanıb

27

May
13:49
ÖLKƏ
331

Lənkəranda zəlzələ olub

27

May
12:08
ÖLKƏ
316
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


28-05-2020 11:33





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru