Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

07 May

2015
16:45
Azərbaycanda sürücülər tıxaclar barədə yeni metodla məlumatlandırılacaq

Mədəniyyət və Turizm Nazirliyi sürücüləri avtomobil yollarındakı tıxaclar barədə məlumatlandırmağın yeni metodunu tətbiq edib. Bunu brifinqdə Mədəniyyət və Turizm Nazirliyinin Texniki təchizat və proqram təminatı şöbəsinin müdir müavini Qabil Abbasov deyib.

Onun sözlərinə görə, yeni metod radiokanalların FM-tezliklərindən istifadəni nəzərdə tutur ki, bu da GoMap.az elektron xəritəsində avtomobil tıxaclarını interaktiv əks etdirməyə imkan verəcək.

GoMap.az elektron xəritəsi Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə SİNAM şirkəti tərəfindən hazırlanıb.

Q.Abbasov qeyd edib: "GPS-məlumat internet və SMS ilə göndərilir ki, bu da xərc yaradır. Buna görə də FM-kanalların istifadəsini nəzərdə tutan yeni metod tətbiq edilib. Bununla da informasiya axını radiokanal vasitəsilə ötürülür ki, bu da heç bir xərc tələb etmir".

Onun sözlərinə görə, təcrübədə tıxaclar avtomobillərin radio qəbulediciləri vasitəsilə aşkar edilir: "Avtomobil yolunun bu və ya digər hissəsində tıxacın olması yolda hərəkətin sıxlığı ilə müəyyənləşdirilir. Avtomobillər yolun bu və ya digər hissəsində müəyyən vaxt dayanır ki, bu da avtomobil tıxaclarının olmasından xəbər verir. Tıxaclar haqqında bütün məlumat avtomatik olaraq elektron xəritədə əks olunacaq".

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

AMEA-da iş saatı dəyişdirildi

25

İyun
11:09
ÖLKƏ
20042

Növbəti buraxılış imtahanları başlayıb

25

İyun
10:59
ELM / TƏHSİL
18647

AMB-nin valyuta məzənnələri

23

İyun
10:11
İQTİSADİYYAT
19987

Nefti qiyməti bahalaşmağa başlayıb

23

İyun
09:30
İQTİSADİYYAT
19568

Xaricilər Həcc ziyarətinə gedə bilməyəcək

23

İyun
09:09
MƏNƏVİYYAT
25106

QMİ yaslarla bağlı xəbərdarlıq etdi

19

İyun
18:10
ÖLKƏ
19556

İyunun 22-də dolların manata qarşı məzənnəsi

19

İyun
17:55
İQTİSADİYYAT
19716
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


14-08-2020 15:02





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru