Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

07 May

2015
15:37
671
Sürücüləri vahiməyə salan yoldan reportaj - FOTO

Söhbət Azərbaycanın ən böyük iki ticarət mərkəzini bir-biri ilə bağlayan avtomobil yolundan gedir. 

Məsələ burasındadır ki, "Sədərək" və "Binə" ticarət mərkəzlərinin arasındakı əsas avtomobil yolu bərbad durumdadır. Hər gün bu yoldan istifadə etməli olan sürücülər musavat.com saytına müraciət ediblər. Onların şikayətlərinin səbəbi adıçəkilən yolun uzun zamandır ki, yararsız olması və təmir edilməməsidir. 

Şikayət əsasında sözügedən yola üz tutduq. Gördüklərimiz sürücülərin sözlərini təsdiq etdi. Bu yol təxminən 200-300 metr uzunluğundadır. Buranın təmiri əslində, maksimum 1 gün vaxt ala bilər. Amma 2 ildir ki, vəziyyət eynidir. 

Avtomobil və marşrutlar hər gün bu yoldan istifadə etməli olurlar. Çünki bir ticarət mərkəzindən digərinə getmək üçün bu yoldan istifadə etmək məcburidir. Yazımızda buraya tez-tez yol desək də, əslində bura daha çox dərin çalalardan ibarətdir. 

Yolun yalnız kiçik bir hissəsində asfalt örtük qalıb. Amma deyəsən, onun da ömrü elə də çox çəkməyəcək. Hər gün bu yoldan yüzlərlə ağırtonnajlı maşınlar keçir. Və yolun bu hala düşməsi normaldır. Ancaq 2 ildir ki, yolun təmir edilməməsi isə normal deyil. 

Onu da qeyd edək ki, bu yola girmək üçün "Sədərək" Ticarət Mərkəzinin "nəzarət buraxılış məntəqəsi"ndən keçməli olduq və buna görə də 50 qəpik pul ödədik. Hər gün bu yoldan yüzlərlə avtomobil istifadə edirsə və onların hər birindən 50 qəpik pul alınırsa, deməli, bu kiçik yolu ticarət mərkəzinin özü də təmir edə bilər. 

Yolboyu bizi qarşılayan çuxurlara düşməmək üçün sürücümüz əməlli-başlı zəhmət çəkməli oldu. Maşını bir sağa, bir sola döndərərək, yol bitdikdən sonra avtomobilini təmirə aparmamaq üçün var gücü ilə çalışırdı. 

Sürücülər şikayət edir: "Məcbur olmasam, bu yoldan qətiyyən istifadə etmərəm. Qardaş, bura diqqətlə bax... 21-ci əsrdə belə avtomobil yolu olarmı? Elə bil hər gün buradan tank keçir. Yol əməlli-başlı qazılıb. Fikir verin, yol plastilinə bənzəyir. Hansı tərəfindən keçsən, orası batır, dağılır, müxtəlif forma alır. 

Hələ bu, yaxşı vəziyyətdir. Qışda buradan keçmək üçün gəmi lazım olur. Çalalar su ilə dolur, maşın getmir. Maşını  qorxa-qorxa idarə edirik. Çünki hər tərəf su olduğu üçün çalalar görünmür. Maşın çalaya düşəndə dağılır. Biz də kasıb adamlarıq. Amma bu yol bizi əlavə xərcə salır. O qədər də uzun olmayan bu yolu təmir etmək çox da baha-başa gəlməz. Amma maşının təmirinə verdiyimiz pullar, bu yolun bərpasına xərclənəcək puldan daha çoxdur".

Marşrut sürücüləri də üsyan edirlər: "Mən hər gün bu yoldan azı 5 dəfə keçirəm. Çünki marşrut xəttimiz belədir. Əvvəlcə "Sədərək", sonra isə "Binə" Ticarət Mərkəzinə avtobus sürürəm. Sərnişinlər bu yola girən kimi haqlı olaraq, şikayətlənirlər. Çünki yol bərbad haldadır. Mən nə qədər avtobusu çalaya düşürməməyə çalışsam da, bu, mümkün deyil. Yolun hər tərəfi yaman gündədir. Avtobusu 2-3 gündən bir təmirə aparıram. Artıq bezmişəm. Bütün sürücülər adından xahiş edirəm ki, bu yolu təmir etsinlər". 

Sürücülərin bu xahişinə əhəmiyyət verilib-verilməyəcəyi isə hələlik müəmmalı məsələdir.













Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Bakıda taxta bazarı yanır - FOTO - VİDEO

22

Avqust
16:30
HÜQUQ,HADİSƏ
113

Baş prokuror Qubada vətəndaş qəbulu keçirəcək

22

Avqust
16:01
HÜQUQ,HADİSƏ
70

Bərdədə top mərmisi tapılıb - FOTO

22

Avqust
15:18
HƏRB
149

Tofiq Yaqubluya Prokurorluqda xəbərdarlıq edilib

22

Avqust
14:20
HÜQUQ,HADİSƏ
92

Bakıda itkin düşən qız tapılıb

22

Avqust
14:12
HÜQUQ,HADİSƏ
103

Ötən gün yol qəzalarında 3 nəfər ölüb

22

Avqust
12:40
HÜQUQ,HADİSƏ
91

Azərbaycan nefti bahalaşıb

22

Avqust
12:08
İQTİSADİYYAT
109
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


22-08-2019 17:20



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru