Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

07 May

2015
12:22
764
İcra hakiminin qəza törətmiş sürücüsü sərxoş olub

Mayın 6-da Şəki-Qax avtomobil yolunda ağır yol qəzası baş verib. Qax rayon sakini Azər Qazaxov idarə etdiyi 34 AA 054 nömrəli, “QAZ-3110” markalı minik avtomobilini Kürmük çayının üzərindəki körpüdən aşırıb. Hadisə nəticəsində maşında olan sərnişinlər - Şahid Əhmədov və Vüqar Paşayev ölüb. Avtomobilin sürücüsü və digər sərnişinlər – Asif Məmmədzadə və Firudin Yusifzadə isə xəsarət aldığından xəstəxanaya yerləşdiriliblər.

Qəzada həyatını itirmiş Ş. Əhmədov Qax Rayon İcra Hakimiyyətinin əməkdaşı olub. Elə qəzaya uğramış maşın da icra hakimiyyətinə məxsus olub. Buna görə də, avtomobil “Azərsığorta” DSKŞ-də icbari qaydada sığortalanıb. Bu barədə fins.az-a İcbari Sığortalar Bürosundan məlumat verilib.

“Azərsığorta”nın Qaxdakı filialından isə bildirilib ki, qəza törədən sürücü sərxoş olub. Hadisə araşdırıldıqdan sonra ölmüş və yaralanmış şəxslərə sığorta ödənişi verilə bilər. “İcbari sığortalar haqqında” qanuna əsasən qəza zamanı ölən sərnişinlərə 5 min manat, xəsarət alanlara görə isə 750 manatdan 4000 manata qədər sığorta ödənişi düşür.Fins.az

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Yasamalda yaşayış binası yanır

20

Avqust
11:37
HÜQUQ,HADİSƏ
51

Azərbaycan əhalisinin gəlirləri artıb

20

Avqust
09:50
İQTİSADİYYAT
1871

Xarici valyutaların manata qarşı məzənnələri

20

Avqust
09:28
İQTİSADİYYAT
368

Brent nefti bahalaşıb, WTI isə ucuzlaşıb

20

Avqust
09:20
İQTİSADİYYAT
717

Dinimizin kamil olduğu gün - Qədir-Xum Bayramı

19

Avqust
18:43
MƏNƏVİYYAT
333
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


20-08-2019 12:35



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru