Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

07 May

2015
12:23
“Polis kütləvi hərəkətə imkan verməyəcək”

Bakıda keçiriləcək Birinci Avropa Oyunları zamanı sıxlıq yaranmasın deyə polis gücləndirilmiş iş rejimində çalışacaq. Bu barədə Bakı şəhər Baş Polis İdarəsinin rəis müavini, polis general-mayoru Səhlab Bağırov Bakı 2015 Avropa Oyunları Əməliyyat Komitəsinin iclasında bildirib. 

Onun sözlərinə görə, ictimai nəqliyyatda, əsasən də metroda sıxlığın qarşısını almaq üçün polis əməkdaşları növbə çəkəcəklər. “Bakı Olimpiya Stadionundan “Koroğu” metrostansiyası arasında təxmini 1200 metrə qədər məsafə var. “Bu məsafəyə yol boyu polis nəzarət edəcək. Əgər sərnişin axını çox olarsa sərnişinlər müəyyən yerlərdə saxlanılacaq. Metroya qədər insanların kütləvi şəkildə getməsinə imkan verilməyəcək”, - deyə Səhlab Bağırov bildirib.

Qeyd edək ki, iyunun 12-dən 28-dək Bakıda keçiriləcək Bakı-2015 Avropa Oyunlarının açılışına hazırlıq məqsədi ilə 9 mayda Olimpiya Stadionunda 15 min tamaşıçının iştirakı ilə sınaq tədbirinin keçirilməsi nəzərdə tutulur.

Polis həmin tədbirdə də təhlükəsizliyin yüksək səviyyədə qorunması üçün nəzarət tədbirləri keçirəcək.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

TƏBİB yeni təyinatlarla bağlı açıqlama yaydı

16

Mart
11:05
AİLƏ, SAĞLAMLIQ
3898

"Neftçi" fəaliyyətini dayandırdı

14

Mart
13:51
İDMAN
2811

Bakıda hava dəyişkən buludlu olacaq

14

Mart
13:10
ÖLKƏ
2242

Şənbə gününün havası açıqlandı

13

Mart
12:58
ÖLKƏ
1892
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


01-04-2020 18:25



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru