Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

05 May

2015
09:40
Nazirliyə müraciət xadiməyə baha başa gəldi: Dəlixanaya göndərildi-VİDEO

Abşeron Rayon Çaylı kənd sakini Arzu Rüstəmova kəndin məktəb direktoru İlahə Murquzovadan şikayətçidir. Qadın deyir ki, məktəbdə yarımştat -53 manat- maaşla xadimə işləyirmiş. Maaşını bir ştat etməsi üçün Təhsil Nazirliyinə müraciət edib. Nazirlik ərizəni baxılması üçün direktora göndərib. Amma nəinki maaşı artıb, əksinə işdən çıxarılıb. Şikayətçinin söylədiyinə görə,  bu ilin fevralında özünü pis hiss edib, iş yoldaşından kəndin həkimini çağırmasını xahiş edib.Lakin həkimlə birgə direktor da gəlib. Onu vurulan iynənin təsirindən gözünü açanda isə 1 saylı Respublika Psixiatriya xəstəxanasında olduğunu görüb.

Qadın xəstəxanada yaşadıqlarını belə xatırlayır:  

Hadisəni araşdırmaq üçün Çaylı orta məktəbinə getsək də, direktor kamera qarşısına çıxmadı. İşçilərə isə məktəbin qapısını bağlamaq əmri verdi. Direktor müavini bildirdi ki, Avropa Oyunları ilə bağlı nazirlik direktorlara müsahibə verməmək haqda tapşırıq verib. Arzu Rüstəmovanın sözlərinə görə, direktordan şikayət etdiyi üçün İlahə Murquzovanın əri tərəfindən təhqir də olunub:

 “Dedi ki, sən bilirsənmi sənə nə etdirərəm? Dedim, nə etdirərsən? Deyir, 5 kişiyə səni meşəyə apartdıraram, başına oyun açdıraram. Başını kəsdirib, dizinin altına qoyduraram. Hər qadın qüruruna sığışdırmaz o kəlməni. Buna sarı getmək istəyəndə, sinəmdən dartı. Yumruqla qolumun üstünə, ayağıma təpiklə vurdu. Şirə qutusunu əlinə alıb, belə-belə üzümə sok qutusu ilə suyu töküb, deyir, kişilər üzünə belə-belə su tökəcəklər. Məni telefona çəkir. Deyir, ayı oynadıram qabağımda. Ayıya baxın, ayı oynayır. Bu boyda haqsızlıq olmaz axı”.

 Bütün bunları Abşeron Rayon Təhsil Şöbəsinin müdiri Nadir Ağayevin də bildiyini deyən Arzu Rüstəmova söyləyir  ki, direktorun əri ona İlahə Murquzovanın arxasında elə Nadir Ağayevin dayandığını deyib. Qadının dediyinə görə, o, başına gələnlərlə bağlı Abşeron Polisinə müraciət etsə də, direktor və Nadir Ağayev işin məhkəməyə getməsinə mane olurlar. Arzu Rüstəmova deyir ki, o, işdən hansı səbəbdən çıxarıldığını bilmək istəsə də, direktor onunla görüşmür:

“Müəllimlər yığılıblar ki, İlahə xanım, uşaqları körpədir. Onu işinə qaytar, qoy, sosial sığortasını alsın. Qayıdıb, deyib ki, getsin, ərizəsini götürsün, mənə tabe olsun, məndən üzr istəsin. Mənim qadınlıq qürurum var. Məni döydürdü ərinə. Özümdən getdim, Təcili Yardım çağırdım. Ekspertdən kağız aldım. Deyirəm, ərin məndən üzr istəsin, deyir, mənim ərim xidmətçidən üzr istəyər?”

 Üç azyaşlı uşağına baxa bilmədəyini deyən Arzu Rüstəmova hökumətdən kömək istəyir:

“Bax, bax, bu ayaqqabıya. Dövlət niyə baxmır bu işə? Belə şey olmaz axı. Dövlət bu işə niyə baxmır? Bax, bu uşaqları mən nə ilə saxlayım? Hökümət bunu eşitsin. "Dur!" desin bu xanıma”.

Arzu Rüstəmova uşaqları ilə birlikdə məktəbdən ayrıldıqdan təxminən yarım saat sonra onun evinə özünü sahə müvəkkili kimi təqdim edən polis nəfəri gəldi. O, direktorun Meydan Tv-nin əməkdaşından və Rüstəmovadan şikayətçi olduğunu bildirdi.

Təhsil Nazirliyi məsələ ilə bağlı sorğusuna cavab olaraq, bildirib ki, qurum hadisəni araşdırır.

Daxili İşlər Nazirliyinin sözcüsü Orxan Mənsurzadə isə dedi ki, qadının şikayətləri ilə bağlı araşdırma aparılıb:

 “Lakin o xanımın dedikləri ki, ay nə bilim, belə döyüb, filan. Təsdiqini tapmayıb. Yəni, onun dedikləri əsassızdır. İndi onun özünün də xəstəxanadan problemləri  səhv eləmirəmsə. Yəni, o, diqqət çəkmək üçün çox şey yaza bilər”.

Arzu Rüstəmova direktorun əri tərəfindən döyüldüyünə dair ekspertiza rəyinin Abşeron Polis Şöbəsində olduğunu deyir. Şöbənin baş təhqiqatçısı Zaur Məmmədov isə məsələyə belə şərh verir.

 Şikayətçini 1 N-li  Respublika Psixiatriya qəbul edən  həkim İntizar Fərzəliyeva da Arzu Rüstəmovanı direktorla sahə həkiminin gətirdiyini təsdiqlədi.  Lakin jurnalist olduğumuzu bilən kimi,  dəstəyi asdı və təkrar zənglərə cavab vermədi.

 Səhiyyə Nazirliyindən də hadisənin araşdırılacağını deyirlər.

Arzu Rüstəmova yenidən Meydan Tv ilə əlaqə saxlayıb. Onun sözlərinə görə, çəkilişdən sonra kənd icra nümayəndəliyinin təsilçisi  onlara gəlib. Şikayətini geri götürmədiyi təqdirdə evini buldozerə verəcəyi ilə hədələyib. Meydan Tv məsələni diqqətdə saxlayacaq.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

"ASAN xidmət" işləməyəcək

04

İyun
16:21
ÖLKƏ
231

Buraxılış imtahanlarının vaxtı dəyişdirildi

04

İyun
15:46
ELM / TƏHSİL
265

Lukaşenko yeni hökuməti təsdiqlədi

04

İyun
14:38
DÜNYA
212

Polis suda boğulan azyaşlını xilas etdi

04

İyun
13:41
HÜQUQ,HADİSƏ
256

Sabah Bakıda 29 dərəcə isti olacaq

04

İyun
13:34
ÖLKƏ
206

Sabahdan iş saatının vaxtı dəyişir

04

İyun
13:09
ÖLKƏ
526
Şərhlər
Emin Nazarov tərəfindən 05-05-2015 05:46:52 tarixində yazıldı
teessüf
Azerbaycan polisi bele olmamalidir. Gozu yashli ushaq ve bashsiz qadina qarshi bele hereket yolverilmezdi. Bu polise ciyinlerinde dashidigi rutbenin agirligi, hugug muhafize orqani emekdashinin ozunu aparma qaydasi ile yanashi eks cinse qarshi reftar etikasi ciddi basha salinmali, novbeti defe bu cur hal tekrarlarlanmamasi ucun bele insanlara o cumleden teqsiri subuta yetirilerse mekteb direktoruna ictimaiete aciglanacaq shekilde ceza tedbiri gorulmelidir.
Sabir Behbudov tərəfindən 05-05-2015 07:11:10 tarixində yazıldı
Hamımızın evində uşaq var
Mən bu qadına və onun uşaqlarına bu zülmü yaşadan mənim "həmkarıma" bütün qurumlardan hüquqi səviyyədə tədbir görülməsini xahiş edirəm. Unutmasınlar ki Cənab Prezidentin hər bir hadisədən xəbəri olur və öz xalqının daim yanındadır
Natiq yusifov tərəfindən 05-05-2015 15:21:56 tarixində yazıldı
qanunsuzluq
Bu millet budu.taniyin. Sora niye fahise oldu diyirsiz.3usaq acmi qalmalidi.Saqol veten momin yetiwdirmekden fahise yetiwdirirsen.tupurum avropa oyunnarina lazim deyil isdemiriy. Ona verdiyivi ver yetimlerede.
Elvin Aliyev tərəfindən 16-05-2015 09:46:29 tarixində yazıldı
Komek etdik
Biz, bir qrup gənclər bu xanım üçün pul yığdıq, getdik evlərinə. Çox acınacaqlı bir şəraitdə yaşayırlar. Gül kimi uşaqlardır. Allah saxlasın. Hamıdan xahiş edirəm ki, tez-tez qrup şəkində toplaşsınlar, 50 manat, 100 manat nəyə imkanları çatırsa yığıb getsinlər o xanıma ziyarətə.
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


05-06-2020 00:27





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru