Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

04 May

2015
21:02
Prezidentdən “Azərişıq”la bağlı sərəncam

Azərbaycan Prezidenti İlham Əliyev “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin fəaliyyətinin təşkili haqqında sərəncam imzalayıb. Sərəncamda qeyd olunur ki, “Azərişıq” Açıq Səhmdar Cəmiyyətində səhmdarların ümumi yığıncağının səlahiyyətlərini həyata keçirmək aşağıdakı dövlət orqanlarına həvalə edilsin:

Azərbaycan Respublikasının Nazirlər Kabinetinə:

- Cəmiyyətin Nizamnaməsinin və strukturunun təsdiqi, nizamnamə kapitalının miqdarının müəyyən edilməsi;

- Cəmiyyətin inkişafı strategiyasının müəyyən edilməsi;

- Cəmiyyətin illik hesabatlarının, mühasibat balanslarının, mənfəət və zərər hesablarının təsdiqi, mənfəətinin və zərərinin bölüşdürülməsi;

- Cəmiyyətin xalis aktivlərinin dəyərinin iyirmi beş faizindən artıq məbləğdə olan əqdin (xüsusi əhəmiyyətli əqdin) bağlanmasına razılıq verilməsi;

- bu Sərəncamda qeyd edilənlər istisna olmaqla, Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə səhmdarların ümumi yığıncağının səlahiyyətlərinə aid edilmiş digər məsələlərin həlli.

Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinə:

- Cəmiyyətin idarə, nümayəndəlik və filiallarının yaradılmasına və ya ləğvinə, törəmə cəmiyyətlərinin yaradılmasına, yenidən təşkilinə və ya ləğvinə razılıq verilməsi.

Sərəncamla müəyyən edilir ki, Cəmiyyətin sədrinin və sədr müavinlərinin vəzifəyə təyin və vəzifədən azad edilməsi, Cəmiyyətin yenidən təşkili və ləğvi Azərbaycan Respublikasının Prezidenti tərəfindən həyata keçirilir.

Nazirlər Kabinetinə Cəmiyyətin Nizamnaməsini və strukturunu bir ay müddətində Azərbaycan Prezidenti ilə razılaşdıraraq təsdiq etmək; Azərbaycan Respublikası Prezidentinin aktlarının bu sərəncama uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Prezidentinə təqdim etmək; Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu sərəncama uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Prezidentinə məlumat vermək; mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu sərəncama uyğunlaşdırılmasını nəzarətdə saxlamaq və bunun icrası barədə beş ay müddətində Azərbaycan Prezidentinə məlumat vermək; bu sərəncamdan irəli gələn digər məsələləri həll etmək tapşırılıb.

Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu sərəncama uyğunlaşdırılmasını təmin edib Nazirlər Kabinetinə məlumat verəcək.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Azərbaycan nefti cüzi bahalaşıb

10

Aprel
11:16
İQTİSADİYYAT
610

DYP sürücülərə müraciət edib

10

Aprel
10:40
NƏQLİYYAT
656

Son sutkada nə qədər adam yoluxub?

09

Aprel
16:40
ÖLKƏ
737

Tank bölmələri döyüş atışları icra edib - VİDEO

09

Aprel
16:07
BÖLMƏNİ DÜZ SEÇ!
657

Ramazan ayı ilə bağlı fətva verildi

09

Aprel
15:23
ÖLKƏ
759

Belarusda neft tapılıb

09

Aprel
14:31
DÜNYA
590

Sabaha olan hava proqnozu açıqlandı

09

Aprel
14:11
ÖLKƏ
791
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


12-04-2021 07:08





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru