Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

02 May

2015
15:27
Polis 200 minlik maşınları niyə saxlayır? - RƏSMİ AÇIQLAMA

Son günlər Bakıda yol polisinin keçirdiyi reydlər zamanı qiyməti yüz minlərlə ölçülən maşınların saxlanılaraq cərimə meydançasına aparıldığı məlum olub. 

Sosial şəbəkələrdə yayılan fotolarda maşınların qiymətinin 100-200 min civarında olduğu deyilir.

Məsələ ilə bağlı açıqlama verən Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin (BŞDYPİ) İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi polkovnik Vaqif Əsədov bildirib ki, bahalı avtomobillərin sürücüləri tərəfindən yol-hərəkət qaydası pozulursa, dərhal bizim əməkdaşlar tərəfindən saxlanılır. Onun sözlərinə görə, qanunvericiliyə əsasən bir neçə belə avtomobil cərimə duracağına aparılıb. 

“Hal-hazırda cərimə dayanacağında bir neçə bahalı avtomobil var. Eyni zamanda bir neçə motosikl da saxlanılıb və cərimə meydançasına aparılıb. Həmin nəqliyyat vasitələrinin cərimə duracağına qoyulmalarının hər birinin öz səbəbi var. Elektron qaydada tərtib olunmuş protokolları, təyin edilmiş cərimə məbləğini ödəməyənlər, polisin qanuni tələbini yerinə yetirməyənlər, yüksək tonlu siren və musiqi səsli siqnal səsləri quraşdıranlar, qanunla istifadəsi qadağan olunan səsgücləndirici vasitələrdən istifadə etdiklərinə və sənədləri olmayanların avtomobili cərimə meydançasına gətirilib”.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

TƏBİB yeni təyinatlarla bağlı açıqlama yaydı

16

Mart
11:05
AİLƏ, SAĞLAMLIQ
3868

"Neftçi" fəaliyyətini dayandırdı

14

Mart
13:51
İDMAN
2795

Bakıda hava dəyişkən buludlu olacaq

14

Mart
13:10
ÖLKƏ
2227

Şənbə gününün havası açıqlandı

13

Mart
12:58
ÖLKƏ
1887
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


01-04-2020 05:07



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru