Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

02 May

2015
11:02
Bu gün İslam dünyasında ən böyük bayramlardan biridir

Pеyğəmbərlərin sоnuncusu Həzrət Muhəmmədin (s) özündən sоnrаkı хəlifəsi, əmisi оğlu, kürəkəni, möminlərin vəlisi Əli (ə) Məhəmməd Peyğəmbərin (s) besətindən (peyğəmbərlik məqamına çatmasından) 10 il əvvəl rəcəb ayının 13-də Məkkədə Kəbənin içində dünyаyа göz аçıb. Оndаn qаbаq burаdа hеç kim dünyаyа gəlməyib və оndаn sоnrа dа burаdа hеç kim dünyаyа gəlməyəcək. İmamım Əlinin (ə) ən məşhur ləqəbi Əmirəl-Möminindir. Qaynaqlar İmam (ə) üçün 850-dən аrtıq ləqəb qеyd еdib. Hz.Əlinin (ə) ən məşhur künyəsi Əbul Həsəndir. Atası böyük məqаm sаhibi оlаn Əbu Tаlib (ə), anаsı isə Fаtimə (ə) binti Əsəddir.

İslam Peyğəmbərindən (s) sonra “fəth”lərə başlanıldığı zaman hakim dairələrin təlaş və məqsədi daha çox əraziləri və İslam ölkələrini genişləndirmək idi. Bu zaman müsəlman kütlələrinin küfr və şirkə qarşı döyüşdə göstərdikləri hədsiz təlaşlara baxmayaraq, təəssüf ki, onlar bir sıra səbəblərdən qərəzli fikirlər və bəzən də,nadanlıqlardan qaynaqlanan dini azğınlıqlar uçurumundan qurtula bilmədilər. Zaman keçdikcə, azğınlıqlar daha da artır, Rəsulullahın (s) sünnəsi Allahın kitabı ilə yanaşı tərk edilir, bidət və şəxsi nəzərlər “gözəl bidət”adı ilə onların yerini doldururdu.

Camaat qənimət yığmaq və yaxşı yaşamaq üçün bu məsələyə az əhəmiyyət verirdilər. Yalnız saysız-hesabsız döyüş qənimətlərinin xəlifənin (Osmanın) xanədanı arasında müsəlmanların iştirakı olmadan bölündüyünü hiss etdikdə, müxalifətçiliyə qalxırdılar. Camaat arasında ağıllı müsəlmanlar da var idi ki, müxtəlif şəhər və bölgələrdə xəlifənin nümayəndələri tərəfindən tətbiq olunan zülm və təzyiqlərdən xilas olmaq üçün üsyan etdilər. İmam Əlinin (ə) səhabələri də həqiqi İslamın icrasından ibarət arzularını gerçəkləşdirmək uğrunda bu hərəkata qoşuldular.

Əmirəlmöminin Əli (ə) “imamət” və “xilafət”ə çatdığı zamandan daxili fəsadların islahı uğrunda çalışdı. O həzrət məşhur döyüşlərlə nəticələnən siyasi islahatlarla yanaşı, dini islahat istiqamətində də geniş mübarizəyə başladı.

Ən böyük fəsad camaatda dini təfəkkürün azalması idi. Bu da aşkar dini hədəfləri gerçəkləşdirmək istiqamətində deyil, “beytül-mal”dan (ümumi əmlak) daha çox pay almaları üçün çalışmalarına səbəb oldu və öz yaşayışlarını bu istiqamətdə tənzimlədilər.

İmam (ə) camaatın qeyri-dini məqsədlərini aradan qaldırmaq üçün dərin, əhatəli xütbələr söylədi. Cümə namazının xütbələrində və yaxud digər yerlərdə buyurduğu gözəl söhbətlərinin ən önəmli dayağı təqva idi. Müsəlmanları dünyaya aldanmaqdan çəkindirir və dolğun sözləri ilə dünyanı və ona tapınanları qınayırdı. Doğrudur ki, nəsihət və təqvaya dəvət zəruridir və eyni zamanda, hər bir xütbədə zəruri şərtdir. Amma İmamın israrı, təqva haqqında geniş şərhləri qeyri-dini məqsədlər güdən və hədəfi din yox, sərvət, qənimət yığmaq,“beytül-mal”dan daha çox pay almaq niyyətində olan bir cəmiyyətin islahı ilə əlaqədar idi.

“Nəhcül-bəlağə”də dini şərhlər istiqamətində təqva ilə bərabər, böyük əhəmiyyət kəsb edən bir sıra elmi həqiqətlər açıqlanır. Dərin, geniş, əqli və elmi şəkildə “allahıtanıma” mövzusunu şərh edən xütbələr “Nəhcül-bəlağə”nin cazibədar simasını təşkil edir.

İmam Əli (ə) müxtəlif dini sahələrdə də Quranı və Rəsulullahın (s) sünnəsini dirçəltməyə, eləcə də, bidətlərin yaranmasına və ilahi qanunların aradan qalxmasına səbəb olan xüsusi ideoloji siyasətlərin qarşısını almağa çalışırdı. Hədisə əhəmiyyət verilmədiyi zaman, o həzrət hədislərin xatırlanılmasına əmr edirdi. Bir sıra yersiz səbəblərdən hədis yazmaq qadağan edilərkən, o həzrət minbərə çıxaraq buyururdu: “Kim bir dirhəm müqabilində elm öyrənməyə və bir dirhəmlik kağız alaraq mənim nəql etdiklərimi yazmağa hazırdır?”

Bir sözlə, Əhli-beytin dilindən çıxan Rəsulullahın (s) həqiqi hədisləri yazılı şəkildə yayıldı və beləcə, şiə hədisi əhli-sünnə hədisinin yolu üzərində qurulmuş sapdırmalar və təhriflərdən qorundu. 

Kitab əhlinin mədəniyyəti “israiliyyat”adı ilə İslam cəmiyyətinə sirayət etdikdə və bəziləri onları yaymaq üçün gülərüzlülük göstərdikdə, İmam Əli (ə) öz müxalifətini açıq-aşkar bildirib camaatı onların əsərlərinə uymaqdan çəkindirirdi.

O həzrət bu dini azğınlıqları açıq şəkildə bəyan edir və öz dövrünün cəmiyyətini sanki cahiliyyət dövrünün ənənələrini yenidən sınaqdan keçirən bir cəmiyyət kimi görürdü: “Bilin ki, bu gün düçar olduğunuz bəlalar Peyğəmbərin (s) peyğəmbərliyə seçildiyi günlərdəki bəlaları xatırladır.” (“Nəcül-bəlağə”, Sübhi Saleh, s. 57.)

Başqa bir yerdə belə buyurur: “Ey insanlar, bilin ki, siz hicrət etdikdən sonra yenidən cahiliyyət ənənələrinə döndünüz, aranızda vilayət əlaqəsi qurulduqdan sonra yenidən ayrılığa düşdünüz.”

“...Siz İslamın adından başqa bir şey daşımır və imanın şəklindən başqa bir şey tanımırsınız. İslama bağlılığınızı qırdınız, ilahi qanunları tərk etdiniz və hökmlərini aradan qaldırdınız.”

Bu ifadə imam Əlinin (ə) o cəmiyyətlə bağlı fikrini açıqlayır və dinin dirçəlişi istiqamətindəki çalışmalarını yaxşı şəkildə bəyan edir. O həzrət bu haqda buyurur:“Mən sizin aranızda iman bayrağını dalğalandırdım və sizə ilahi halal və haramların hüdudlarını öyrətdim.” (“Şərhi Nəcül-bəlağə”, İbn Əbil-Hədid, c. 13, s. 179.)

Səmanın ondan başqa sadiq bir şəxsin üzərinə kölgə salmadığı və yer üzünün də ayaqları altına sərilmədiyi Rəsulullah (s) və İmam Əlinin (ə) həqiqi şagirdi olan Əbuzər İmam Əlini (ə) bir cümlə ilə vəsf etmək istəyərkən belə deyir: “Əli (ə) dinin dayağıdır.” O, camaata deyirdi: “Yaxın zamanlarda bir fitnə qopacaq; o zaman həyatda olsanız, Allahın kitabına sığının və Əlinin (ə) ətəyindən yapışın!”

Bu məktəbin başqa bir şagirdi Əmmar ibn Yasir də ən gözəl ifadəsində İmam Əlinin (ə) təlaşlarını belə izah edir: “Əgər Əlinin (ə) səcdə zamanı iki təkbiri dirçəltməkdən başqa bir əməli olmayıbsa da, sözsüz, bununla çox böyük bir fəzilətə nail olmuşdur.”

Bu ifadəyə görə, imam Əli (ə) və dostlarının nəzərində ən mühüm iş Peyğəmbərin (ə) dinini dirçəltməkdir. Odur ki, Ömər də İmam Əlini (ə) tanıdığı qədər o həzrət haqda belə deyir: “Mənim nəzərimcə, əgər o, bu ümmətin işlərini öhdəsinə alsa, sizi Allahın yoluna hidayət edəcəkdir.” (“Əl-müsənnəf”, İbn Əbu Şeybə, c. 1, s. 240.)

Təəssüf ki, xəlifənin özü belə, öz nəzərinin gerçəkləşməsini istəmədi. O, başqa bir yerdə də, imam Əli (ə) ilə düşməni arasında mühakimə yürüdərkən İmamı (ə) künyəsi ilə çağırdıqda, İmam (ə), “Düşmənimin qarşısında nə üçün məni ehtiramla yad edirsən?”– deyə etiraz etdikdə, İmama (ə) belə demişdi: “Atam sizə fəda olsun, Allah sizin vasitənizlə bizi hidayət etdi və sizin əlinizlə bizi qaranlıqlardan nura çıxartdı.” (“Rəbiul-əbrar”, Zəməxşəri, c. 3, s. 595.)

İmam Əli (ə) dini işlərə çox ciddi və kəskin yanaşırdı. Bunun səbəbi isə cəmiyyətdə dini qorumaqdan başqa bir şey deyildi. O həzrət bu haqda buyurur:“And olsun Allaha, dinimlə bağlı heç kimə güzəşt etmərəm.” (“Nəhcüs-səadət”, c. 2, s. 202.)

Əmirəlmöminin Əli (ə) haqqında çox da müsbət fikri olmayan Həsən Bəsri o həzrəti vəsf edərkən bir cümlədə belə demişdir: “Əli (ə) camaata yolu göstərdi və din uçuruma yuvarlanarkən onu bərpa etdi.” (“Əl-müsənnəf”, İbn Əbu Şeybə, c. 12, s. 83.)

İmam Əli (ə) özünü Peyğəmbərin (s) sünnəsinin həqiqi icraçısı bilirdi və bəzilərinin itaətsizliyini müşahidə etdikdə buyururdu: “Əgər mən sizin aranızda olmasam, kim Rəsulullahın (s) sünnəsinə əməl edəcək?” (“Əl-müsənnəf”, Əbdurrəzzaq, c. 10, s. 124.) Bu səbəbdən, müxtəlif sahələrdə Peyğəmbərin (s) sünnəsini xalqa çatdırmağa və onu xalq arasında əməli olaraq icra etməyə israr edirdi.

Peyğəmbərin (s) vəfatından iyirmi beş il keçdikdən sonra İmam Əliyə (ə) iqtida edərək namaz qılan Əbu Musa belə dedi: “Əbu Talibin oğlu Əli Rəsulullahın (s) namaz qılmasını bizə xatırlatdı.” (“Ət-tarixul-kəbir”, Buxari, c. 4, s. 33.)

Bütün bu şahidlərə diqqət yetirdikdə, məlum olur ki, İmam Əlinin (ə) həyatı boyunca ən çox əhəmiyyət verdiyi məsələ dini qanunları qorumaq, Allahın kitabını və Rəsulullahın sünnəsini özü və xalqın fəaliyyətlərinin yeganə məqsədi qərar vermək idi.

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


18-11-2018 20:22



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com