Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

01 May

2015
20:23
Bakıda ağacları kəsib polis və məhkəmə binası tikirlər

Bakının daha bir rayonunda ağacları kütləvi şəkildə qırmağa başlayıblar.

Bu barədə oxucular məlumat verib. Onların sözlərinə görə, “yaşıl soyqırımı” bu dəfə Xətai rayonu, Əbilov qəsəbəsindəki yaşıllıq zolağıdır.

“Əbilov qəsəbəsindəki bu park hələ illər öncə salınıb. Oradakı ağacların çoxunu 221 saylı orta məktəbin şagirdləri əkmişdi. Məktəbin kollektivi burada tez-tez iməcilik keçirir, ağaclara qulluq edirdi. Qəsəbə sakinlərinin sevimli istirahət guşələrindən biri olan həmin park indi hasara alınıb. Görünür, bu ərazi kiminsə xoşuna gəlib, oranı alıb, indi də yaşıllığı məhv edərək orada özünə obyekt tikir” - deyə qəsəbə sakinləri bildirir.

Virtualaz.org saytı Xətai sakinlərinin bu şikayəti ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinə (ETSN) müraciət etdi. Nazirlikdən faktla bağlı araşdırma aparacaqları bildirildi və bununla bağlı əlavə məlumat veriləcəyi deyildi.

ETSN-in mətbuat xidmətinin rəhbəri İradə İbrahimova az sonra redaksiyamızla əlaqə saxlayaraq bildirdi ki, bu məsələ nazirlik tərəfindən araşdırılıb: “Araşdırma zamanı onu dəqiqləşdirdik ki, həmin ərazidə şəxsi obyekt tikilmir. Burada Xətai Rayon Polis İdarəsi və Xətai Rayon Məhkəməsi üçün inzibati binaların tikintisi planlaşdırılır. Lakin tikintini aparan icraçılar nazirliyi əmin etdilər ki, bu ərazidə heç bir ağac kəsilməyəcək, oradakı ağac və kollar çıxarılaraq başqa yerə köçürüləcək. Onların dediyinə görə, ağaclar köçürülməyə yararlıdır. Bu zaman onların heç biri quruyub məhv olmayacaq”.

Bizə hələlik inşaatçıların bu vədinə inanmaq qalır. Bakı Şəhər İcra Hakimiyyətinin Yaşıllaşdırma Departamentinin öhdəsinə isə daha böyük iş düşür - inşaatçıların öz vədinə necə əməl etdiyini nəzarətdə saxlamaq...

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

TƏBİB yeni təyinatlarla bağlı açıqlama yaydı

16

Mart
11:05
AİLƏ, SAĞLAMLIQ
3463

"Neftçi" fəaliyyətini dayandırdı

14

Mart
13:51
İDMAN
2612

Bakıda hava dəyişkən buludlu olacaq

14

Mart
13:10
ÖLKƏ
2007

Şənbə gününün havası açıqlandı

13

Mart
12:58
ÖLKƏ
1771
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


28-03-2020 16:03



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru