Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

30 Aprel

2015
14:42
Bakıda yol polisi işləmək istəyənlərin nəzərinə: Müsabiqə elan edilib

Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsi yol patrul xidməti inspektoru (sıravi və kiçik rəis heyəti) vəzifələrində xidmətə qəbulla əlaqədar müsabiqə elan edir.

İdarədən FaktXəbər-ə verilən məlumata görə, müsabiqədə Silahlı Qüvvələrdə həqiqi hərbi xidmət müddətini tam başa vurmuş, Bakı şəhərində qaimi qeydiyatda olan, yaşı 20-dən aşağı, 30-dan yuxarı olmayan, boyu 180 santimetrdən yuxarı olan düzgün bədən quruluşlu və idman cüssəli, avtomobil nəqliyyatına aid olan orta-texniki və ya ali təhsilli, sürücülük vəsiqəsi olan (avtomobili 5 il müddətində idarə etməsini təsdiqləyən müvafiq sənəd təqdim etdikdə, yaxud sürücü kimi 3 il əmək stajına malik olduqda) və "Azərbaycan Respublikası daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə"də müəyyən olunmuş digər şərtlərə cavab verən Azərbaycan vətəndaşları iştirak edə bilərlər:

- şəxsiyyət vəsiqəsi

- təhsil haqqında sənədin əsli

- hərbi bilet (kişilər üçün)

- əmək kitabçası (olanlar üçün)

- sürücülük vəsiqəsi

- sertifikat (kompyuter kursunu keçməsi barədə)

Təqdim olunan sənədlər əsasında namizədin müsabiqədə iştirakı üçün zəruri sənədləşmə aparılır. Namizədlər yol hərəkəti qaydaları üzrə nəzəri və praktiki biliklərin yoxlanılmasına cəlb olunurlar. Namizədlərin sağlamlıq vəziyyəti və fiziki hazırlıq səviyyəsi daxili işlər orqanları əməkdaşları üçün müəyyən olunan normativlər üzrə müvafiq komissiyalar tərəfindən yoxlanılır.

Fiziki hazırlıq səviyyəsinin normativləri:

- Qaçış

100 (yüz) metr - 15.00 saniyə,

1000 (min) metr - 4.00 dəqiqə

Müsabiqə üçün sənədlər Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin inzibati binasında (Bakı şəhər Badamdar qəsəbəsi, Mikayıl Müşviq küçəsi Kənar dairəvi yolun kəsişməsi) 2015-ci ilin may ayının 1-dən 30-dək hər gün (şənbə və bazar günlərindən başqa) saat 10-dan 17-dək qəbul olunur. Əlaqə telefonu : 590-21-65, 590 21 66.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

TƏBİB yeni təyinatlarla bağlı açıqlama yaydı

16

Mart
11:05
AİLƏ, SAĞLAMLIQ
3491

"Neftçi" fəaliyyətini dayandırdı

14

Mart
13:51
İDMAN
2612

Bakıda hava dəyişkən buludlu olacaq

14

Mart
13:10
ÖLKƏ
2023

Şənbə gününün havası açıqlandı

13

Mart
12:58
ÖLKƏ
1776
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


28-03-2020 21:18



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru