Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

28 Aprel

2015
15:49
Sarkisyan ümidvardır ki, müharibə olarsa Rusiya Ermənistana yardım edəcək

Ermənistan prezidenti əmindir ki, əgər zərurət yaranarsa Rusiya ölkəyə hərbi yardım göstərəcək. Bu barədə o, “Pozner” proqramında bildirib.

Ermənistanın düşdüyü şəraitdə müdafiə naziri və prezident daim müharibənin başlanmasına hazır olmalıdırlar. Bu kontekstdə Ermənistan və Rusiya Azərbaycan tərəfinə Rusiya silahının satışı məsələsini müzakirə ediblər. “Biz Vladimir Vladimiroviçlə bu mövzunu çox müzakirə etmişik, biz danışmaya bilməzdik: məsələ belədir ki, bu gün müttəfiqlərimizin, ilk növbədə Rusiyanın sayəsində həqiqətən döyüşqabiliyyətili ordumuz var, bundan ötrü çoxlu vəsait lazımdır. Ermənistanın isə bu vəsaiti yoxdur. Bu o deməkdir ki, Rusiya Ermənistana hərbi-texniki yardım göstərib və göstərir”, - o qeyd edib.

Bu kontekstdə Sarkisyan əmin olduğunu bildirib ki, əgər zərurət yaranarsa Rusiya Ermənistana hərbi yardım göstərəcək.

O həmçinin qeyd edib ki, Rusiya-Azərbaycan silah sövdələşmələri regionda qüvvələr balansının pozulmasından daha çox, psixoloji məsələdir, çünki sərhəddə dayanan erməni əsgər anlayır ki, ona müttəfiqdən alınan silahdan atəş açılır.

“Bu isə ağır məqamdır. Ümid edirəm ki, RF Baş Qərargahında və digər strukturlarda çox yaxşı başa düşürlər ki, qüvvələr balansının pozulması nəyə gətirib çıxarar və çox ümid edirəm ki, düzgün qərar qəbul edərlər”, - Sarkisyan vurğulayıb.

Bəzi məlumatlara görə,  Bakının aldığı silahların 85%-ni Rusiya göndərir. Son dörd ildə  Rusiyadan Azərbaycana silah göndərilməsi 3,5 dəfə artıb/Turan

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

“UNEC-90 Kitablar arasında keçən ömür”

28

May
12:21
ELM / TƏHSİL
423

Sabahın hava proqnozu açıqlanıb

27

May
13:49
ÖLKƏ
357

Lənkəranda zəlzələ olub

27

May
12:08
ÖLKƏ
332
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


28-05-2020 18:20





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru