Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

28 Aprel

2015
11:00
Norveçdən Nepala uçan təyyarə Bakıya məcburi eniş edib

Aprelin 27-də Nepalda baş verən zəlzələyə görə bura ezam olunmuş Norveçin xilasetmə qrupunun təyyarəsi Bakıya məcburi eniş edib.

Məlumata görə, buna səbəb Nepalın Katmandu hava limanında təyyarənin eniş etməsi üçün boş yerin olmamasıdır.

"Biz əvvəldən Bakıya yanacaq doldurmaq üçün eniş etmək istəyirdik. Lakin bizə xəbər verildi ki, Katmandu hava limanında eniş etmək üçün boş yer yoxdur. Bu an anladıq ki, uçuşu davam etdirə bilməyəcəyik", - deyə norveçli xilasetmə qrupunun nümayəndəsi Cim Olav Hansen yerli mətbuata açıqlamasında bildirib.

Maraqlıdır ki, "Azərbaycan Hava Yolları" QSC-nin Xidmət rəisi APA-ya bildirib ki, Norveçdən olan xilasetmə qrupu Heydər Əliyev Beynəlxalq Hava Limanına məcburi eniş etməyib.

Qeyd edək ki, xilasetmə komandası həftənin bazar ertəsi Oslonun "Gardemoen" hava limanından yola düşüb. Komandanın tərkibində 6 xilasetmə iti, Oslonun yanğın xidmətindən olan xilasetmə üzrə ekspertlər, həkimlər və tibb bacıları olub.

Norveç qrupu "Kathmandu" hava limanına eniş edə bilməyən yeganə beynəlxalq xilasetmə komandası deyil. Belə ki, daha 15 beynəlxalq xilasetmə qrupu bura uçuş edə bilmək üçün gözləyir.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

İmtahanlara 2 gün qalıb

20

Aprel
13:04
ELM / TƏHSİL
126

Pakistan və Türkiyə Talibana çağırış edib

20

Aprel
12:31
BÖLMƏNİ DÜZ SEÇ!
130

Birinci siniflərə qəbul bu tarixdən başlayır

20

Aprel
12:11
ELM / TƏHSİL
131

AFFA bəyanat yaydı

20

Aprel
12:03
İDMAN
130

İlham Əliyev Hacıqabuldadır

20

Aprel
12:00
ÖLKƏ
215

Azərbaycan nefti bahalaşır

20

Aprel
10:59
İQTİSADİYYAT
255

Neft yenidən bahalaşıb

20

Aprel
09:47
İQTİSADİYYAT
235

AMB-nin valyuta məzənnələri

20

Aprel
09:19
İQTİSADİYYAT
236

Növbəti buraxılış imtahanları keçiriləcək

20

Aprel
09:09
ELM / TƏHSİL
590

Ramazan ayının 7-ci gününün duası - AUDİO

19

Aprel
20:00
MƏNƏVİYYAT
298
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


20-04-2021 14:23





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru