Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

25 Aprel

2015
13:49
Human Rights Watch: `Səudiyyə humanitar yardım obyektlərini hədəfə alıb`

Human Rights Watch təşkilatı Səudiyyənin hava hücumları zamanı Oxfam beynəlxalq yardım və inkişaf təşkilatının anbarını hədəfə almasını "müharibə qanunlarının açıq-aşkar pozulması" kimi adlandıraraq sərt şəkildə tənqid edib.

Insan haqları təşkilatı aprelin 22-də Nyu Yorkda Yəmən böhranı ilə bağlı açıqlamasında müharibə qanunlarına əsasən, dinc əhalinin və mülki obyektlərin heç vaxt qəsdən hücuma məruz qalmamalı olduğunu bildirib.

Açıqlamada, həmçinin kütləvi hücumların, xüsusilə konkret hərbi obyektə yönəlməyən hücumların müharibə qanunlarına əsasən qadağan olunduğu vurğulanıb.

"Human Rights Watch" təşkilatı Oxfam anbarının Səudiyyə qüvvələrinə məlum olduğunu qeyd edərək ən azı bir nəfərin həlak olması ilə nəticələnən hücumun məqsədyönlü şəkildə qəsdən törədildiyi şübhələrini artırdığını bildirib.

" Yardım qrupu anbarının məhv edilməsi, hətta anbarın yerləşdiyi bölgənin yaxınlığındakı xeyli mülki obyektlərə zərər vurub və Yəmənin hər yerinə yardım çatdırılmasına təhlükə yaradıb", - deyə "Human Rights Watch" təşkilatının Yaxın Şərq və Şimali Afrika üzrə direktor müavini Co Stork bildirib.

Stork Səudiyyənin aprelin 18-də həyata keçirdiyi hücumunun "müharibə qanunlarının kobud şəkildə pozulması" ittihamı ilə istintaqın başladılmasını istəyib.

"Human Rights Watch"-un açıqlamasında Səudiyyə hava zərblərinin Yəməndə ağır humanitar vəziyyəti daha da kəskinləşdirdiyi qeyd olunub.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

"ASAN xidmət" işləməyəcək

04

İyun
16:21
ÖLKƏ
232

Buraxılış imtahanlarının vaxtı dəyişdirildi

04

İyun
15:46
ELM / TƏHSİL
280

Lukaşenko yeni hökuməti təsdiqlədi

04

İyun
14:38
DÜNYA
212

Polis suda boğulan azyaşlını xilas etdi

04

İyun
13:41
HÜQUQ,HADİSƏ
256

Sabah Bakıda 29 dərəcə isti olacaq

04

İyun
13:34
ÖLKƏ
206

Sabahdan iş saatının vaxtı dəyişir

04

İyun
13:09
ÖLKƏ
527
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


05-06-2020 01:51





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru