Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

25 Aprel

2015
13:35
Yol polisinin rəis müavini necə qəzaya düşdüyünü açıqladı

Bakı Şəhər Dövlət Yol Polisinin yol-patrul xidməti alayının komandiri Rəşadət Babayev xidməti avtomobili ilə qəzaya düşüb. 

Qəza zamanı 10 YP 400 nömrə nişanlı avtomobil yararsız hala düşüb və evakuatorla duracağa aparılıb.

Hadisəni Rəşadət Babayev təsdiq edib. O, açıqlamasında qəza zamanı sükan arxasında özünün olduğunu söyləyib: “Bu olayla bağlı müstəntiqlər tərəfindən araşdırma gedir. Əlavə informasiyanı ərazi üzrə polis idarəsindən və bu işi aparan müstəntiqdən ala bilərsiniz. Hazırda iclasdayam, geniş danışa bilmirəm”.

Alay komandiri hadisənin harada və necə baş verdiyi haqda informasiya verməyib.

Rəşadət Babayev “Qafqazinfo” açıqlamasında isə hadisənin hansı şəraitdə baş verməsinə aydınlıq gətirib. Alay komandirinin sözlərinə görə, qəza bu gün səhər saat 7 radələrində “Park Bulvar”ın qarşısında baş verib. O, şəhərin rəis müavini kimi xidməti vəzifəsini yerinə yetirib və hərəkətdə olub. Həmin vaxt bir sürücü yolu çarpaz keçərək gözlənilmədən onun avtomobilinin qarşısına çıxıb:

“Biz sürücüyə xəsarət yetirməmək üçün maşını güclə saxldıq. Yaxşı ki, bizim avtomobilin də yastıqları açıldı və ciddi xəsarət almadıq. Yerə düşəndən sonra məlum oldu ki, yolu əks istiqamətdən keçmək istəyən sürücü sərxoş olub. O, yerə düşəndə belə ayaq üstə güclə dayanırdı. Hadisə kameraların altında baş verib və bütün görüntü qeydləri var. Həmin şəxs saxlanılıb və istintaqa cəlb olunub, hazırda araşdırma aparılır".

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

TƏBİB yeni təyinatlarla bağlı açıqlama yaydı

16

Mart
11:05
AİLƏ, SAĞLAMLIQ
3502

"Neftçi" fəaliyyətini dayandırdı

14

Mart
13:51
İDMAN
2617

Bakıda hava dəyişkən buludlu olacaq

14

Mart
13:10
ÖLKƏ
2023

Şənbə gününün havası açıqlandı

13

Mart
12:58
ÖLKƏ
1776
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


28-03-2020 22:24



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru