Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

24 Aprel

2015
23:32
Goranboylu qatilin məhkəməsi yekunlaşdı - VİDEO

Bu gün Gəncə Ağır Cinayətlər Məhkəməsində Rafiq Hüseynovun cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb. 7 nəfəri qətlə yetirməkdə və 2 nəfəri yaralamaqda təqsirli bilinən şəxsə dövlət ittihamçısı ömürlük həbs cəzası istəyib.

Gəncə Ağır Cinayətlər Məhkəməsində bir ailənin 7 üzvünü qətlə yetirməkdə təqsirləndirilən Rafiq Hüseynovun cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb. Hakim Zabil Qasımovun sədrliyi ilə bu gün keçirilən iclasda dövlət ittihamçısı Rafiq Hüseynovun  törətdiyi amansız ağır cinayətin motivini və maddələrini səsləndirib. İclasın gedişində müdafiə tərəfi və zərərçəkənlər dindirilib. Bir neçə dəqiqəlik fasiləyə ayrılan hakimlər  Azərbaycan Cinayət Məcəlləsinin 10 maddəsi ilə ittiham olunan Rafiq Hüseynovun cəzasını elan ediblər.

Qeyd edək ki, ötən il oktyabrın 1-də Goranboy rayonunun Səfikürd kəndində Diləzbər Məmmədovanın yaşadığı evə gələn kürəkəni Rafiq Hüseynov ailə-məişət münaqişəsi zəminində ov tüfəngindən və əl qumbarasından istifadə edərək arvadı Südabəni, qaynı Namiqi, qohumları Ofelya Məmmədovanı, Həvayət Məmmədovanı, Fərqanə Məmmədovanı və azyaşlı İsa Məmmədovu, habelə Diləzbəri qətlə yetirib, 2 nəfəri isə odlu silahla yaralayıb.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

AMEA-da iş saatı dəyişdirildi

25

İyun
11:09
ÖLKƏ
68694

Növbəti buraxılış imtahanları başlayıb

25

İyun
10:59
ELM / TƏHSİL
66132

AMB-nin valyuta məzənnələri

23

İyun
10:11
İQTİSADİYYAT
67954

Nefti qiyməti bahalaşmağa başlayıb

23

İyun
09:30
İQTİSADİYYAT
67306

Xaricilər Həcc ziyarətinə gedə bilməyəcək

23

İyun
09:09
MƏNƏVİYYAT
72772

QMİ yaslarla bağlı xəbərdarlıq etdi

19

İyun
18:10
ÖLKƏ
67015

İyunun 22-də dolların manata qarşı məzənnəsi

19

İyun
17:55
İQTİSADİYYAT
67373
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


08-03-2021 08:12





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru