Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

24 Aprel

2015
16:52
1365
Professordan kreditlərlə bağlı Konstitusiya Məhkəməsinə açıq məktub

Mülki Məcəllənin pul öhdəliklərinin icrasına aid olan 439-cu maddəsi 7 bənddən ibarətdir. 

439.1-ci bənddə yazılıb ki, "Pul öhdəliyi manatla ifadə edilməlidir. Əgər tərəflərdən biri xarici fiziki və ya hüquqi şəxsdirsə, tərəflər pul öhdəliyini, əgər bu qanunla qadağan edilməyibsə, xarici valyutada da müəyyənləşdirə bilərlər".  

Bu bənddən açıq-aydın görünür ki, manat Azərbaycanda əsas ödəniş vasitəsidir. Tərəflərdən ikisi də Azərbaycan vətəndaşlarıdırsa o zaman pul öhdəliyi hökmən manatla müəyyənləşdirilməlidir. Tərəflərdən biri xarici fiziki və hüquqi şəxsdirsə, tərəflər pul öhdəliyini, əgər bu qanunla qadağan edilməyibsə, xarici valyuta da müəyyənləşdirə bilərlər. Axırıncı cümlədən belə çıxır ki, tərəflərdən biri xarici fiziki və hüquqi şəxs olduqda belə pul öhdəliyi həm manatla, həm də xarici valyutada müəyyənləşdirə bilərlər. Yəni tərəflərdən biri xarici fiziki və hüquqi şəxs olduğu halda da pul öhdəliklərinin manatla müəyyənləşdirilməsinə üstünlük verilir.  Açıq-aydın şəkildə yazılıb ki, pul öhdəliyinin hökmən xarici valyuta ilə müəyyənləşdirilməsinə yol vermək olmaz. 

Azərbaycan hökuməti, Azərbaycan Mərkəzi bankı, Ali Məhkəmə və məhkəmələr və Ədliyyə Nazirliyi, Konstitusiya məhkəməsi 439.1.-ci bəndin tələblərinin nə dərəcədə yerinə yetirildiyini, hansı bankların Mülki məcəllənin bu bəndini nə dərəcədə pozduğunu yoxlamalıdırlar. Konkret şəkildə müəyyənləşdirilməlidir ki, dollarla pul öhdəliyini Azərbaycan vətəndaşlarına sırıyan banklar xarici hüquqi şəxslərdirmi? Yaxud həmin bankların kredit verdikləri Azərbaycan vətəndaşlarının gizli xarici vətəndaşlığımı var?  

Əgər banklar Azərbaycana məxsusdursa, vətəndaşlar həqiqətən də Azərbaycan vətəndaşlarıdırlarsa, Azərbaycan vətəndaşlarını kütləvi şəkildə aldatdıqlarına görə bankların ən azı lisenziyaları ləğv edilməlidir.      

439.2. bənddə göstərilir ki,  "Əgər xarici valyutada olan pul öhdəliyi Azərbaycan Respublikasında ödənilməlidirsə, ödənişin xarici valyutada aparılmalı olduğunun şərtləşdirildiyi hallardan başqa, o, manatla ödənilir. Yenidən hesablama ödəniş anında ödəniş yerinin məzənnə qiyməti üzrə aparılır." 

Bu bənddə göstərilən "xarici valyutada olan pul öhdəliyi" ifadəsinin Azərbaycan vətəndaşlarına və Azərbaycan banklarına aidiyyəti yoxdur. Yəni tərəflərdən biri ən azı xarici fiziki və ya hüquqi şəxs olmalıdır. Bu Mülki Məcəllənin 439.1.-ci bəndində açıq şəkildə yazılıb. 

Mülki Məcəllənin 439.3., 439.4., 439.5., 439.6., bəndləri bütövlükdə bu yazının mövzusundan kənar olduğundan onları şərh etmirəm. 

439.7. ci bənddə göstərilir ki,  "Əgər ödəniş müddəti çatanadək pul vahidinin dəyəri (məzənnə) artmış və ya azalmışsa və ya valyuta dəyişmişsə, borclu ödənişi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, öhdəliyin əmələ gəldiyi vaxta uyğun məzənnə üzrə yerinə yetirməlidir. Valyuta dəyişdikdə mübadilə münasibətlərinin əsasını valyutanın dəyişdiyi gün həmin pul vahidləri arasında mövcud olmuş məzənnə təşkil etməlidir."

Bu bənd 2 hissədən ibarətdir. Bu bəndin 1-ci hissəsi banklara Mülki Məcəllənin 439.1.-ci bəndini pozmağa imkan verir. Belə ki, 439.1.-ci bənd müqavilənin formasını müəyyən etsə də, 439.7.-ci bənd banka müqaviləni qanundan kənar formada yazmağa və bağlamağa şərait yaradır.  

Mülki Məcəllənin 439.7-ci bəndi 439.1-ci bəndə zidd olmaqla yanaşı, Konstitusiyamızın 19-cu Maddəsinə də ziddir. Konstitusiyamızın 19-cu maddəsində açıq şəkildə göstərilib ki, 

Maddə 19. Pul vahidi

I. Azərbaycan Respublikasının pul vahidi manatdır.

III. Azərbaycan Respublikasının ərazisində manatdan başqa pul vahidlərinin ödəniş vasitəsi kimi işlədilməsi qadağandır. (2)

Azərbaycan Respublikasının Konstitusiyası bütün qanunlardan üstündür!

Mülki Məcəllənin 439.1.-ci bəndi Konstitusiyamızla tamamilə uyğundur. 

Mülki Məcəllənin 439.1.-ci bəndi Konstitusiyamızda göstərildiyi kimi manatın əsas pul vahidi olduğunu, manatın əsas ödəniş vasitəsi olduğunu göstərir. 

Mülki Məcəllənin 439.7.-ci bəndi isə manatımızı Konstitusiyamızın ziddinə olaraq aşağılayır, pul öhdəliklərində-yəni müqavilələrdə ayrı qaydalar müəyyən etməyə imkan verir. 

Mərkəzi bankın sədri Elman Rüstəmovun da çıxışları Mülki Məcəllənin 439.1.-ci maddəsi və Azərbaycan Respublikası Konstitusiyasının 19-cu maddəsi ilə ziddiyyət təşkil edir. Bu çıxışlar manatın üstün roluna qarşıdırlar. 

Sonda qeyd etməliyəm ki, mən də bankdan kredit götürmüşəm. Bank mənim arzumun ziddinə və Azərbaycan Konstitusiyasının və Mülki Məcəllənin ziddinə müqaviləni dollarla yazıb. Mən bankdan 1 dollar da almamışam, mən bankdan manat almışam, mən bankdan aldığım manatı xərcləmişəm. 

Mən banka kreditimi manatla ödəmişəm. Mən hər şeyi manatla etdiyimdən mənim müqaviləm yalançı bir kağızdan başqa bir şey deyil.  Mən Azərbaycan iqtisadiyyatının şaxələndirilməsi, iqtisadiyyatımızın neft sektorundan asılılığının aradan qaldırılması haqqında onlarla məqalələrin müəllifiyəm.  

Mən və digər Azərbaycan vətəndaşları manatı bir günün içərisində 33% qiymətdən salmayıb. 

Azərbaycan bankları iqtisadi sektorun bir sahəsi olduğundan manatın məzənnəsinin 1 gündə 33% qiymətdən düşməsində əsas günahkardırlar! 

Azərbaycan bankları elə böyük faizlərlə kredit verirlər ki, onlar manatın dollara məzənnəsi nə qədər dəyişsə də heç nə itirməyəcəklər! Onlar xalqın inamını itirəcəklər!

Konstitusiya Məhkəməsinə müraciət edərək, Azərbaycan Konstitusiyasını və Mülki Məcəllənin Konstitusiyamıza uyğun olan maddəsini müdafiə etmələrini və manatımızın nüfuzunu yüksəltmələrini istəyirəm! 

Prof.Dr. Qüdrət İsaqov

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Bakı metrosunda sərnişinin halı pisləşib

18

Avqust
11:23
HÜQUQ,HADİSƏ
152

Şəmkirdəki yanğının DƏHŞƏTLİ TƏFƏRRÜATI

18

Avqust
11:12
HÜQUQ,HADİSƏ
1764

Azərbaycan neftinin qiyməti 62 dollara yaxınlaşıb

17

Avqust
13:00
İQTİSADİYYAT
313

Sabah Bakıda 34 dərəcə isti olacaq

17

Avqust
11:09
ÖLKƏ
1225

Dünya bazarlarında neft bahalaşıb

17

Avqust
10:12
İQTİSADİYYAT
382
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


18-08-2019 19:54



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru