Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

24 Aprel

2015
11:00
858
Erməni əsgər anaları Qarabağa yollanır

“Əsəgər anaları”təşkilatı Qarabağda xidmət edən əsgər valideyinlərini övladlarını rejimin əlindən almağa çağırıb

Erməni kütləvi informasiya vasitələrinin yaydığı xəbərə görə, son günlər cəbhədə artan intensivlik və ölən erməni hərbi qulluqçuları ictimaiyyətdən gizlədilir. Yerli sakinlərin bildirdiyinə görə, rayon rəsmiləri ölən əsgərlərin gətirildiyi evlərə gələrək, ölənin qohumlarını, yaxınlarını, kənd sakinlərini sakitləşdirməyə çalışır. Qondarma “soyqırım” (red.) ərəfəsində sabitliyi saxlamaq, dəvət olunan qonaqlarda mənfi abı-hava yaratmamaq məqsədi ilə ölkə rəhbərliyinin canfəşanlığı ilə bağlı sosial şəbəkələrdə yazılar yayıldıqdan sonra, orduda xidəmət edən hərbi qulluqçular, xüsusən əsgər analalarının təşkilatı olan “Əsəgər anaları” ictimai birliyi, üzvü olan təşkilatları etiraz aksiyasına çağırıb. Hökümət binası qarşısına toplaşan əsgər valideyinləri Qarabağda xidmət keçən övladlarını Ermənistana geri çağırmağı tələb edir. 24 aprel “soyqırım” (red.) ərəfəsində Azərbaycanın hücüm edəcəyi ilə bağlı xəbərlərdən təşvişə düşən valideynlər, övladlarını geri çağırmasalar 24 aprel tarixində övladlarını qorumaq üçün Qarabağa yollanacaqlarını bildiriblər.

“Öləcəyiksə bir yerdə ölək” deyən analar Qarabağda xidmət keçən əsgərlərin analarını birləşməyə və Qarabağa gedərək övladlarını cinayətkar rejimin əlindən almağa çağırıb. Onlar Sarkisyan rejimini bu günkü erməni gəncliyini təhlükəyə ataraq, 100 il əvvəl olduğu ehtimal olunan hansısa keçmişin qalıqlarında eşələnməkdə günahlandırır, bu gün günahsiz olan övladlarının həyatına təminat istəyirlər.

Zam.am saytının yaydığı xəbərə görə, cəbhədə son günlər artan itkilərdən narahat olan hökümət diqqətini tam olaraq ölkədəki sabitliyi saxlamağa, tədbiri insidentsiz yola vermək üçün bütün imkanlarından istifadə etməyə çalışır. Dəvət olunan qonaqların Ermənistana səfəri ərəfəsində ordudakı əsgər valideyinlərinin əks tərəfə Qarabağa, övladlarının yanına səfər çağırışları höküməti ciddi narahat edir.

Regional Sabitlik və Təhlükəsizlik Mərkəzi

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

“Laçın”ın sahibinin oğluna hökm oxundu

23

May
16:52
HÜQUQ,HADİSƏ
120

Övladlarınıza verdiyiniz 8 zərərli qida

23

May
16:09
AİLƏ, SAĞLAMLIQ
254

Maksimum bal toplayanların sayı azalıb - SƏBƏB

23

May
15:40
ELM / TƏHSİL
2344
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


24-05-2019 08:54



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru