Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

24 Aprel

2015
09:17
493
Avroliqada yarımfinalçılar müəyyənləşib - NƏTİCƏLƏR - VİDEO

Qitənin II ən nüfuzlu turniri olan Avropa Liqasında yarımfinalda iştirak edəcək komandaların adı bəlli olub.

Apasport. az saytının məlumatına görə, 1/4 final mərhələsinin cavab oyunlarından sonra iki İtaliya, bir İspaniya və Ukrayna klubu növbəti mərhələyə adlayınb.

İlk görüşdə Almaniya “Volfsburq”unu şans tanımayan “Napoli”  demək olar ki, böyük ölçüdə cütün taleyini həll etmişdi. Ötən həftə evində böyükhesablı məğlubiyyətdən sonra (1:4) “canavarlar”ın mərhələ adlayacağı real görünmürdü. Cavab qarşılaşmasında "Volfsburq" rəqibinə yenə qalib gələ bilmədi. 4 qolun olduğu matçda bərabərlik pozulmadı. Ancaq Neapol təmsilçisi finala gedən yolda bir qədər də irəlilədi.

Digər Appenin təmsilçisi “Fiorentina” isə doğma meydanındakı matça sərfəli nəticə ilə çıxdı. Ukraynada “Dinamo” ilə bərabərliyə qalan florensiyalılar yarımfinal arzusunda idi və bu istəyinə iki cavabsız qolla çatdı.

Ukraynanın Avroliqadakı digər iştirakçısı “Dnepr” isə Belçikanın “Brügge” komandasına minimal hesabla qalib gələrək, özünü yaxşı tərəfdən göstərə bildi və Ukrayna təmsilçisi gizli favorit təsir bağışladı.

 1/4 Final mərhəsənin sonuncu matçında “Zenit” Avroliqanın son qalibi “Sevilya” ilə münasibətlərinə aydınlıq gətirdi. İspaniyadakı birinci qarşılaşmada qalibiyyəti sonradan buraxdığı 2 qolla əldən verən Sankt-Peterburq təmsilçisi minimal hesablı qələbə ilə adını yarımfinala yazdıra bilərdi. Lakin pireneylilərin asanlıqla təslim olmayacağı qabaqcadan  bəlli idi. Çünki “Sevilya” son illərdə bu yarışın əsas favoritlərindən sayılır. Komanda son 10 ildə 3 dəfə adıçəkilən turnirin kubokunu başı üzərinə qaldırıb. 

23 aprel

Avropa Liqası, 1/4 final, cavab oyunları

"Dnepr" (Ukrayna) - "Brügge" (Belçika) - 1:0

Qol: Şakov, 82

İlk oyun: 0:0

"Fiorentina" (İtaliya) - "Dinamo" (Kiyev, Ukrayna) - 2:0

Qol: Mario Qomez, 43; Varqas, 90

İlk oyun: 1:1

"Napoli" (İtaliya) - "Volfsburq" (Almaniya) - 2:2

Qollar: Kalyexon, 49; Mertens, 65; - Timm Kloze, 71; Perişiç, 73

İlk oyun: 4:1

"Zenit" (Rusiya) - "Sevilya" (İspaniya) - 2:2

Qollar: Rondon, 48; Halk, 72 - Bakka, 6 (pen.); Qameyro, 85

İlk oyun: 1:2

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

İyunun 19-na manatın məzənnəsi

18

İyun
19:18
İQTİSADİYYAT
1665

Ramil Usubovdan yeni TƏYİNAT

18

İyun
16:52
HÜQUQ,HADİSƏ
979

Məktəb direktoru işdən çıxarıldı

18

İyun
15:48
ELM / TƏHSİL
2126

"WhatsApp"da yeni fırıldaqçılıq

18

İyun
15:41
MARAQLIDIR
2733

Hövsanda inşa edilən sosial evlər - VİDEO

18

İyun
15:22
İQTİSADİYYAT
92

Günün qarşılaşmaları TV AFİŞA

18

İyun
15:10
İDMAN
791

Tarixin ən böyük yalanının ÜSTÜ AÇILDI

18

İyun
15:03
ARAŞDIRMA
4098

Azərbaycanda 2 yeni sığorta agentliyi yaradılıb

18

İyun
14:50
İQTİSADİYYAT
76

Boeing-in zavodu sifarişsiz qalıb

18

İyun
14:18
DÜNYA
1847

Ağstafadakı qətliamın DƏHŞƏTLİ VİDEOSU YAYILDI

18

İyun
13:40
HÜQUQ,HADİSƏ
2537

Sabahın hava proqnozu açıqlanıb

18

İyun
12:58
ÖLKƏ
3358

Azərbaycan BMT-yə hesabat verəcək

18

İyun
12:42
ÖLKƏ
2060

Fuad Abbasov həbsi haqda danışdı - Səs yazısı

18

İyun
12:34
HÜQUQ,HADİSƏ
1487
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


18-06-2019 20:02



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru