Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

22 Aprel

2015
20:52
1398
Qarabağda düşmənin hərbi maşını minaya düşdü – REAL KADRLAR

Düşmən Ermənistan Qarabağ cəbhəsində çoxlu sayda itki verməsini təsdiqləyib. Bildirək ki, bu barədə ermənilərin məşhur “ilur.am” saytında məlumat verilib. Düşmən mediasının verdiyi xəbərə görə, “ilur.am” saytında “Diversiya, yoxsa “NKR”in nağılları” başlıqlı məlumatda ermənilər həm itkilərini etiraf edirlər, həm də öz rəhbərliklərini cəbhədə verdikləri itkilərin gizlədilməsi səbəbindən hədəfə gətirirlər.

“DQR-in “müdafiə nazirliyinin” “mətbuat xidmətinin” verdiyi məlumata görə, aprel ayının 21-nə keçən gecə saat 05:15 radələrində cəbhə xəttinin şimal-şərq istiqamətində (Seysullan) Azərbaycanın diversiya qrupu ilə “DQR”-in silahlı qüvvələri arasında toqquşma olub. Rəsmi yayılan xəbərə görə, Azərbaycan tərəfindən ən azından 1 nəfər öldürülüb, yaralananlar var. Erməni tərəfindən itkilər yoxdur.

Amma etibarlı mənbələrdən verilən xəbərlərdən aydın olur ki, “DQR”in 1 hərbi maşını minaya düşüb və nəticədə 10 hərbi qulluqçu həlak olub.

Göründüyü kimi, biz yenə də yalanla üz-üzə qalmışıq. Və bu yalanı bizə öz mətbuatımız, həmçinin “DQR”in “müdafiə nazirliyi” söyləyir. Təəssüflər olsun ki, “DQR”in “müdafiə nazirliyi” hələ də Azərbaycan diversantları və onlarla səngərdə əlbəyaxa davalar haqqında nağılları söyləməkdədirlər”

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Axtarışda olan 28 nəfər saxlanıldı

21

May
12:33
HÜQUQ,HADİSƏ
22

Valideynlərə XƏBƏRDARLIQ

21

May
11:50
AİLƏ, SAĞLAMLIQ
111

Ağdaşda 1 tona yaxın narkotik məhv edildi

21

May
11:22
HÜQUQ,HADİSƏ
1857
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


21-05-2019 12:33



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru