Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

22 Aprel

2015
11:00
Hazırkı dövr DSK-nı statistik yalanlar istehsal etməyə məcbur edir
Qubad İbadoğlu iqtisadi artım göstəricisinin şübhə doğururduğunu bildirib

"Hazırkı dövrün siyası tələbləri DSK-nı iqtisadi reallığa göz yummağa və statistik yalanlar istehsal etməyə məcbur edir". FaktXəbər-in verdiyi məlumata görə, bu barədə iqtisadçı İbadoğlu açıqlamasında bildirib.

Azərbaycan Dövlət Statistika Komitəsinin (DSK) 2015-ci ilin birinci rübündə ölkədə istehsal edilmiş ümumi daxili məhsulun həcminin əvvəlki ilin eyni dövrünə nisbətən 5,3 faiz artaraq 11,5 milyard manata çatdığı barədə məlumat verdiyini deyən iqtisadçı, qurumun bu açıqlamasına indiyədək gerçəklikdən uzaq olan inflyasiya, işsizlik və yoxsulluq göstəricilərininin siyahısına ÜDM-in atımını da daxil etdiyini vurğulayıb:

"Belə ki, ölkədə dövlət xərcləmələrinin azaldığı (Maliyyə Nazirliyinin açıqlamasına görə, bu ilin 1-ci rübündə dövlət büdcəsinin xərcləri proqnoza nisbətən 89,9 faiz icra olunub), xalis ixracatın kiçildiyi (Gömrük Komitəsinin məlumatına görə, 2015-ci ilin ilk 3 ayında ixrac ötən ilin eyni dövrü ilə müqayisədə 37,3 faiz azalıb, idxal isə 37,6 faiz artıb), investisiyaların artım tempinin aşağı düşdüyü dövrdə ÜDM-in 5,3 faizlik artımını elan edən DSK son aylarda Azərbaycan iqtisadiyyatında müşahidə olunan neqativ tendensiyaları nəzərə almadan yenə də ictimaiyyəti aldatmaqla məşğuldur . Çünki hazırda ÜDM-in artımını şərtləndirən mənbələrdən üçündə (dövlət xərcləmələri, investisiyalar və xalis ixracat) müsbət dəyişiklik olmadığı halda bu artımın yalnız istehlak xərclərinin yüksəlməsi hesabına baş verməsi mümkündür ki, bu da ölkədə yalnız ciddi inflyasiyanın mövcudluğu ilə izah oluna bilər. Bunu da etiraf etməyən DSK təhlil olunan dövr üçün inflyasiya səviyyəsinin 2,8 faiz olduğunu elan edib. Manatın devalvasiyanın bu artıma təsirinə gəlincə, onun rolunu şərtləndirən xarici investisiyaların və ixracatın artımının müşahidə olunmadığı son 1 ayda bu faktorun da ciddi əhəmiyyətindən daşınmağa dəymir . Görünür ki, hazırkı dövrün siyası tələbləri DSK-nı iqtisadi reallığa göz yummağa və statistik yalanlar istehsal etməyə məcbur edir".

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

AMEA-da iş saatı dəyişdirildi

25

İyun
11:09
ÖLKƏ
54066

Növbəti buraxılış imtahanları başlayıb

25

İyun
10:59
ELM / TƏHSİL
52184

AMB-nin valyuta məzənnələri

23

İyun
10:11
İQTİSADİYYAT
53624

Nefti qiyməti bahalaşmağa başlayıb

23

İyun
09:30
İQTİSADİYYAT
53364

Xaricilər Həcc ziyarətinə gedə bilməyəcək

23

İyun
09:09
MƏNƏVİYYAT
58713

QMİ yaslarla bağlı xəbərdarlıq etdi

19

İyun
18:10
ÖLKƏ
52989

İyunun 22-də dolların manata qarşı məzənnəsi

19

İyun
17:55
İQTİSADİYYAT
53378
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


30-11-2020 05:18





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru