Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

21 Aprel

2015
16:37
Bakıda iş yoldaşı tərəfindən öldürülərək yandırılan polisin meyitinin fotosu yayımlanıb - FOTO 18+

 Bakıda iş yoldaşı tərəfindən öldürülərək yandırılan polisin meyitinin fotosu yayımlanıb. “Report” İmişli Rayon Polis Şöbəsinin (RPŞ) polis nəfəri Kazımzadə Muxtar Qadir oğlunun yanmış meyitinin fotosunu təqdim edir.

Qeyd edək ki, meyit yandırıldığı yerə sandığın içində gətirilib. Hadisəni törətməkdə şübhəli bilinən Ravil İbayev mərhumu sandıqla birlikdə yandırıb.

Xatırladaq ki, aprelin 18-də Xəzər rayonunun Türkan qəsəbəsi ərazisində üzərində zorakılıq əlamətləri olan yanmış naməlum kişi meyitinin aşkar edilməsi faktına görə Xəzər rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə başlanmış cinayət işi üzrə aparılan intensiv araşdırmalarla meyitin İmişli Rayon Polis Şöbəsinin RPŞ-nin polis nəfəri Kazımzadə Muxtar Qadir oğlu olması müəyyən olunub.

Araşdırmalarla o da müəyyən edilib ki, M.Kazımzadə Xətai rayonunda yaşadığı mənzildə İmişli Rayon Polis Şöbəsində (RPŞ) sürücü işləyən İbayev Ravil Nuruş oğlu tərəfindən tamah niyyəti ilə qətlə yetirilib və sonuncu cinayətin izini itirmək məqsədilə M.Kazımzadənin meyitini Xəzər rayonu ərazisinə apararaq yandırıb.

R.İbayev aprelin 18-də şübhəli şəxs qismində tutulub və dindirilərkən törətdiyi cinayəti tam etiraf edib.

Cinayətin törədilməsində digər şəxslərin iştiraklarının olub-olmamasının müəyyən edilməsi istiqamətində Bakı şəhər prokurorluğunun İstintaq idarəsində cinayət işi üzrə zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

TƏBİB yeni təyinatlarla bağlı açıqlama yaydı

16

Mart
11:05
AİLƏ, SAĞLAMLIQ
3967

"Neftçi" fəaliyyətini dayandırdı

14

Mart
13:51
İDMAN
2842

Bakıda hava dəyişkən buludlu olacaq

14

Mart
13:10
ÖLKƏ
2277

Şənbə gününün havası açıqlandı

13

Mart
12:58
ÖLKƏ
1917
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


02-04-2020 12:34



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru