Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

20 Aprel

2015
16:21
Yandırılan polislə bağlı yeni təfərrüatlar

“Azadlıq”a daxil olan məlumatda isə hər iki şəxsin İRPŞ-nin əməkdaşı olduğu, eyni zamanda, Polis Akademiyasında qiyabi təhsil aldıqları bildirilir. Mənbə aprelin 17-də, səhər saatlarında Muxtar Kazımovun Rabil İbayevə məxsus avtomobillə Polis Akademiyasına imtahan vermək üçün getdiyini bildirir. Lakin bundan sonra yaxınları Muxtarla əlaqə saxlamaq istəsələr də, o, telefona cavab verməyib. Günün ikinci yarısı, təxminən saat 3-4 radələrində isə Muxtarın telefonuna zəng çatmayıb. Günün sonuna kimi Muxtardan xəbər tuta bilməyən yaxınalrı, gecə saatlarında Rabil İbayevin yaşadığı evə gəliblər.

Rabil İbayev isə axşam saatlarında Muxtarı yaşadığı evin yaxınlığındakı parkın ərazisində düşürtdüyünü və bundan sonra onunla heç bir əlaqəsi olmadığını bildirib. Lakin hadisə baş verməmişdən bir neç gün əvvəl Muxtar Kazımovun şəxsi avtomobilini 14 min manata satması və bundan Rabil İbayevin də xəbərdar olması, yaxınlarında İbayevlə bağlı şübhələri artırıb. Təkrar Rabilin yaşadığı evə yollanan Muxtar Kazımovun yaxınları, bu dəfə də oxşar cavab alandan sonra Polisə məlumat verirlər. Məlumatda, qətlin Rabilin kirayə yaşadığı evdə törədildiyi və Muxtar Kazımovun yaxınlarının ikinci dəfə Rabilin yaşadığı mənzilə gəlişindən sonra iz itirmək məqsədilə meyitin Xəzər rayonu ərazisinə gətirilərək Rabili və başqa iki nəfər yaxın qohumunun köməyilə yandırıldığı bildirilir. Muxtar Kazımovun qətli,  3 il əvvəl ailə qurduğu günə, aprelin 17-nə təsadüf edir. Mərhumun bir övladı var.

***

Qətlin üstü isti izlərlə açılıb 

Daxili İşlər Nazirliyi və Baş Prokurorluq Bakıda polis əməkdaşının qətli ilə bağlı birgə məlumat yayıb. Məlumatda bildirilir ki,Paytaxtın hüquq mühafizə orqanları əməkdaşlarının peşəkarlıqla həyata keçirdikləri təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində daha bir qətlin “isti izlər”lə açılması təmin edilib. Belə ki, aprelin 18-də Xəzər rayonunun Türkan qəsəbəsi ərazisində üzərində zorakılıq əlamətləri olan yanmış naməlum kişi meyitinin aşkar edilməsi faktına görə Xəzər rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə başlanmış cinayət işi üzrə aparılan intensiv araşdırmalarla meyitin İmişli Rayon Polis Şöbəsinin (RPŞ) polis nəfəri Kazımzadə Muxtar Qadir oğlu olması müəyyən olunub.

Araşdırmalarla o da müəyyən edilib ki, M.Kazımzadə Xətai rayonunda yaşadığı mənzildə İmişli RPŞ-də sürücü işləyən İbayev Ravil Nuruş oğlu tərəfindən tamah niyyəti ilə qətlə yetirilib və sonuncu cinayətin izini itirmək məqsədi ilə M.Kazımzadənin meyitini Xəzər rayonu ərazisinə apararaq yandırıb.

R.İbayev  aprelin 18-də şübhəli şəxs qismində tutulub və dindirilərkən törətdiyi cinayəti tam etiraf edib. 

Cinayətin törədilməsində digər şəxslərin iştriraklarının olub-olmamasının müəyyən edilməsi istiqamətində Bakı şəhər prokurorluğunun İstintaq idarəsində cinayət işi üzrə zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

TƏBİB yeni təyinatlarla bağlı açıqlama yaydı

16

Mart
11:05
AİLƏ, SAĞLAMLIQ
3909

"Neftçi" fəaliyyətini dayandırdı

14

Mart
13:51
İDMAN
2811

Bakıda hava dəyişkən buludlu olacaq

14

Mart
13:10
ÖLKƏ
2257

Şənbə gününün havası açıqlandı

13

Mart
12:58
ÖLKƏ
1897
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


01-04-2020 21:41



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru