Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

20 Aprel

2015
11:42
Azərbaycanda polis polisi niyə öldürdü? - RƏSMİ AÇIQLAMA

Paytaxtın hüquq mühafizə orqanları əməkdaşlarının peşəkarlıqla həyata keçirdikləri təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində daha bir qətlin “isti izlər”lə açılması təmin edilib.

Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanovun FaktXəbər-ə verdiyi məlumata görə, aprelin 18-dəXəzər rayonunun Türkan qəsəbəsi ərazisində üzərində zorakılıq əlamətləri olan yanmış naməlum kişi meyitinin aşkar edilməsi faktına görə Xəzər rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə başlanmış cinayət işi üzrə aparılan intensiv araşdırmalarla meyitin İmişli Rayon Polis Şöbəsinin (RPŞ) polis nəfəri Kazımzadə Muxtar Qadir oğlu olması müəyyən olunub.

Araşdırmalarla o da müəyyən edilib ki, M.Kazımzadə Xətai rayonunda yaşadığı mənzildə İmişli RPŞ-də sürücü işləyən İbayev Ravil Nuruş oğlu tərəfindən tamah niyyəti ilə qətlə yetirilib və sonuncu cinayətin izini itirmək məqsədi ilə M.Kazımzadənin meyitini Xəzər rayonu ərazisinə apararaq yandırıb.

R.İbayev  aprelin18-də şübhəli şəxs qismində tutulub və dindirilərkən törətdiyi cinayəti tam etiraf edib. 

Cinayətin törədilməsində digər şəxslərin iştriraklarının olub-olmamasının müəyyən edilməsi istiqamətində Bakı şəhər prokurorluğunun İstintaq idarəsində cinayət işi üzrə zəruri istintaq-əməliyyat tədbirləri davametdirilir.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

TƏBİB yeni təyinatlarla bağlı açıqlama yaydı

16

Mart
11:05
AİLƏ, SAĞLAMLIQ
3508

"Neftçi" fəaliyyətini dayandırdı

14

Mart
13:51
İDMAN
2617

Bakıda hava dəyişkən buludlu olacaq

14

Mart
13:10
ÖLKƏ
2023

Şənbə gününün havası açıqlandı

13

Mart
12:58
ÖLKƏ
1776
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


28-03-2020 22:41



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru